Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib
22.11.2017 17:11 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

Noyabrın 22-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində növbəti astroseminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov seminar haqqında ümumi məlumat verib.

Əvvəlcə rəsədxananın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin  aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Abid Rzayev “Böyük kütləli isti ulduzların atmos­ferinin və ulduz küləyinin qeyri-stasionarlığının tədqiqi” mövzusunda hesabat xarakterli məru­zəsini təqdim edib.

Alim bildirib ki, 36 gün ərzində R=45000 və 100≤S/N≤600 şərtləri ilə alınmış 29 kude-eşele spek­trləri əsasında k Cas B0.7 Ia ifratnəhəng ulduzunun atmosferində xətlərin profillərinin za­man­dan asılı olaraq dəyişkənliyi geniş şəkildə tədqiq olunub: ”Bizim nəticələrə görə xətlərin pro­­fillərinin qısa periodlu dəyişkənliyi (P≤1d) aşkar olunmayıb. Bütün tədqiq olunan xətlərin: zəif fotosfer xətləri - SiIII+OII+HeI(zəif), güclü fotosfer xətləri - H10 - Hδ+ HeI(güclü),  külək xətləri HeI - 5875, 6678, Hγ, Hβ şüa-sürətlərinin zamandan asılı dəyişgənliyi əsasən non-radial pulsasiya hərəkətləri ilə bağlıdır”.

Sonra rəsədxananın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin kiçik elmi işçisi  Günay Hacıyeva "İfratnəhəng ulduzlar və onların bəzi spektral xüsusiyyətləri" (Ə.Xəlilov, Ə.Həsə­nova, G.Hacıyeva) mövzusunda məruzə ilə çıxış edib.

G.Hacıyeva qeyd edib ki, ifratnəhənglər qrupuna məxsus ulduzlar ən böyük işıqlığa malik olan ulduzlardır; bu ulduzların işıqlığı 30000-100000 Lʘ. İfrat nəhənglər O-M siniflərini əhatə edirlər. Adətən ifratnəhənglərin mütləq ulduz ölçüsü M=-5m ÷ -12m intervalındadır. Xüsusilə parlaqlığı -8m - dən kiçik olan ifratnəhənglər olduqca parlaq ifratnəhənglər kimi xarakterizə olunur. İfratnəhənglərin kütləsi 10 və 70 Mʘ intervalındadır. Radiusları isə 30 və 500 Rʘ intervalındadır.

Məruzəçi bildirib ki, spektral sinfinə görə Qarvard təsnifatında ifratnəhənglər O və M aralığında yerləşir. İsti ifratnəhəng ulduzlar O, B, A, F soyuq ifratnəhənglər isə G, K, M və s. siniflərini əhatə edir.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025