Elmi istiqamət: Səma cisimlərinin fizika və dinamikası
 
Problem 1: Ulduz və qalaktikaların kompleks tədqiqi  
Problem 2: Günəş və Günəş sistemi cisimlərinin fizika və dinamikası 
 
 
2026-2030-cu illər üzrə yerinə yetiriləcək elmi-tədqiqat mövzuları:
 

Mövzu 1: İlkin təkamül mərhələsində olan ulduzların və fəal nüvəli qalaktikaların tədqiqi  (Mövzu rəhbəri: f-r.e.d., prof., Nəriman İsmayılov)

Mövzu 2: Müxtəlif təkamül mərhələsində olan qoşa ulduzların spektral və fotometrik xüsusiyyətləri (Mövzu rəhbəri: f.-r.e.n., dosent Bayram Rüstəmov)

Mövzu 3: Geniş örtüklü ulduzlarda və massiv rentgen mənbələrində baş verən qeyri-stasionar proseslərin araşdırılması (Mövzu rəhbəri: astr.e.d., dosent, Canməmməd Rüstəmov

Mövzu 4: İnnovativ texnologiyaların astronomik müşahidələrə tətbiqi (Mövzu rəhbəri: f-r.e.d., prof., Nəriman İsmayılov)

Mövzu 5: Günəş-Yer əlaqələri fizikası və müşahidə olunan kvaziperiodik dəyişkənliklərin tədqiqi (Mövzu rəhbəri: AMEA-nın müxbir üzvü Namiq Cəlilov)

Mövzu 6: Planetlər, kometlər və Koyper cisimlərinin qarşılıqlı əlaqəsi (Mövzu rəhbəri: AMEA-nın müxbir üzvü, prof., Əyyub Quliyev)

Mövzu 7: Planetlər, maqnit ulduzları və seçilmiş səma cisimlərinin atmosferində baş verən fiziki proseslərin dinamikasının riyazi modelləşdirilməsi (Mövzu rəhbəri: f-r.e.n., dosent Məhəmməd Nurməmmədov)

Mövzu 8: Yüksək simmetriyalı kosmoloji modellərdə elementar zərrəciklərin kvant effektlərinin və kosmik neytrinonun öyrənilməsi (Mövzu rəhbəri: f.-r.e.n., dosent Bala Əli Rəcəbov)