Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq konfrans keçiriləcək - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq konfrans keçiriləcək
27.07.2021 18:07 / MÜHÜM HADİSƏLƏR Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq konfrans keçiriləcək

4-5 oktyabr 2021-ci il tarixlərində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) "Günəş sistemi cisimlərinin fizika və dinamikasının tədqiqində müasir istiqamətlər" adlı Beynəlxalq elmi konfrans keçiriləcək.

 

                                                                                                                                                                                               (Русская версия)

 

Bu il Azərbaycan elmi ictimaiyyəti Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) ilk direktoru məşhur astronom Sultanov Hacıbəy Fərəculla oğlunun anadan olmasının 100 illiyini qeyd edir. O, 1921-ci ildə anadan olmuş, Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Sovet  ordusu sıralarında xidmət etmişdir. Böyük Vətən müharibəsi iştirakçısı olmuş, Hitler Almaniyasına  qarşı vuruşmuşdur. H.Sultanov 1953-cü ildən Azərbaycanda astronomik rəsədxananın tikintisinə rəhbərlik etmiş, ŞAR-ın rəsmi yaradıldığı vaxtdan (1959-cu il) 1981-ci ilədək rəsədxananın direktoru olmuşdur. O, 1976-1981-illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuş, 1981-2007-ci illər ərzində ŞAR-da "Kiçik cisimlərin tədqiqi" şöbəsinə rəhbərlik etmişdir. H.F. Sultanov Azərbaycan EA-nın həqiqi və Beynəlxalq Astronomiya İttifaqının üzvü olmuşdur. O, Sovet İttifaqının və Azərbaycan  Respublikasının bir sıra dövlət mükafatları ilə təltif olunmuşdur. Onun elmi  fəaliyyəti əsasən asteroidlərin yaranması probleminə həsr edilmişdir.

Azərbaycanın Milli Elmlər  Akademiyası Rəyasət Heyətinin və ŞAR  Elmi Şurasının qərarı ilə 2021-ci ilin 04-05 oktyabr tarixlərində Şamaxı Astrofizika Rəsədxanasında Akademik H.F.Sultanovun 100 illiyinə həsr olunmuş “Günəş sistemi cisimlərinin  fizikası və dinamikası”  adı altında Beynəlxalq  onlayn konfransı keçiriləcəkdir.

Konfransın Təşkilat Komitəsi astronomları konfransda iştirak etməyə dəvət edir. Çıxışların adını və xülasələri Təşkilat Komitəsinin (lara_golubeva@mail.ru) elektron poçt ünvanına göndərə bilərsiniz.

 

Konfransın dili:

Azərbaycan, rus və ingilis dili

Materialların son göndərilmə tarixi:

15 Sentyabr 2021

Materialların nəşri:

Konfrans materiallarının (abstrakt və məqalələrin) Azərbaycan Astronomiya Jurnalında nəşri gözlənilir.

Məruzələrin məqalə forması http://aaj.shao.az/  saytında Sample başlığı altında göstərilən nümunəyə uyğun şəkildə təqdim edilməlidir. 

Konfransın təşkilat komitəsinin ünvanı:

AZ-5626, Y.Məmmədəliyev qəsəbəsi, Şamaxı, Azərbaycan

E-mail: lara_golubeva@mail.ru       

Telefon: (+994 20) 266 10 02, mob: (+994 50) 623 06 31 (WhatsApp)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir. 

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025