Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib
19.10.2017 17:10 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

Oktyabrın 18-də AMEA Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində "HD199478 ifratnəhəng ulduzunun spektrində hidrogen xətlərinin tədqiqi" mövzusunda astroseminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə seminar iştirakçılarını təbrik edib. Alim bu tarixi gündə xalqımızın xilaskarı ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiram bildirərək Ulu öndərə, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyib.

Sonra rəsədxananın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Nəriman İsmayılov "HD199478 ifratnəhəng ulduzunun spektrində hidrogen xətlərinin tədqiqi" (Ş.K.İsmayılova, N.Z.İsmayılov, X.M.Mikayılov) mövzusunda məruzə ilə çıxış edib. Alim qeyd edib ki, HD199478 ifratnəhəng ulduzunda müşahidə olunan, fiziki təbiəti hələ məlum olmayan qeyri-adi geniş şüalanma və yüksək sürətli absorbsiya fenomeninin olması monitorinq edilib: “Müşahidələr göstərib ki, baxılan xətlərin parametrləri 18-24 gün ərzində dəyişməz qalır. Hidrogen xətlərinin parametrlərinin ən ehtimallı xarakterik dəyişmə vaxtı 22±2 gün təşkil edib”.

Məruzəçi vurğulayıb ki, yalnız 2011-ci ildə bir sezonda -510  km/s sürüşməyə malik olan geniş absorbsiya aşkar edilib. Hα xəttində göy qanadda müşahidə olunan geniş absorbsiyadan fərqli olaraq daha çox müşahidə olunan geniş şüalanma strukturunun sürəti ±500 km/s çatır.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 

 

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025