Ekskursiyalar Saytın xəritəsi
AZEN
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası “İctimaiyyətlə əlaqələr” şöbəsinin açıqlaması - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası “İctimaiyyətlə əlaqələr” şöbəsinin açıqlaması
16.06.2021 09:06 / MÜHÜM HADİSƏLƏR AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası “İctimaiyyətlə əlaqələr” şöbəsinin açıqlaması

14 iyun 2021-ci il tarixində müxtəlif xəbər saytlarında rəsədxana əməkdaşı f.r.ü.f.d., dosent Ədalət Ətayi haqqında “AMEA-nın vəzifəli şəxsi barədə cinayət işi başlanıb” başlığı altında həqiqəti əks etdirməyən məlumat yayılıb. Bu isə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikası Qanununun kobud şəkildə pozulması halıdır. Belə ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılması məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunması yolverilməzdir.

İctimaiyyətin nəzərinə çatdırırıq ki, əməkdaşımız haqqında KİV-də yayılan məlumatlar reallığı əks etdirmir. Məsələnin təfərrüatları ilə əlaqədar bütün məlumatlar və rəsmi məhkəmə qətnamələrinin surətləri Rəsədxananın rəsmi veb-səhifəsində yerləşdirilib (Arayış).

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) kosmik plazma və heliogeofiziki problemlər istiqamətində aparılan nəzəri tədqiqatlar, həmçinin praktik astrofizikanın müasir tələblərinə cavab verən cihaz və qurğularda alınmış müşahidə materialları əsasında ulduz, planet və qalaktikaların prioritet istiqamətləri üzrə araşdırma işlərinin yerinə yetirildiyi elmi müəssisədir.  Daim öz elmi uğurları ilə fərqlənən Şamaxı Astrofizika Rəsədxanası və rəsədxana əməkdaşları haqqında xəbərləri dərc etməzdən öncə qurumla əlaqə saxlayıb məlumatın səhihliyini dəqiqləşdirmədən ictimailəşdirmək ən sadə təbirlə qeyd etsək qeyri-peşəkarlıq, rəsmi formada isə hüquqi məsuliyyətə cəlb olunmaq üçün əsasdır.

Hörmətli mətbuat nümayəndələrini bir daha jurnalist etikası qaydalarına riayət etməyə, uydurma məlumatları yaymamağa və ucuz sensasiya ilə gündəmə gəlməməyə çağırırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025