AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının

keçmiş əməkdaşı Yanoş Məhərrəmov və onunla yaranmış

konflikt haqqında

                                                                            

A R A Y I Ş

 

Yanoş Məhərrəmov 1997-ci ildə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat”  fakültəsini bitirib.

O, 16 dekabr 2003-cü il tarixində AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına (ŞAR) işə qəbul olunub.

Yanoş   Məhərrəmovun   baza təhsilinin astrofizika, eləcə də  fizika  olmadığından, ona teleskoplarda müşahidə aparmağı və alınmış müşahidə materialının işlənməsini heç olmasa laborant səviyyəsində öyrətmək üçün bir neçə peşəkar astronom və mühəndislər səbr və təmkinlə  böyük  əmək sərf etmişlər. Sonradan Yanoş Məhərrəmov, ona müəllimlik edənlərə elmi etikaya, əxlaqa sığmayan şər və böhtanlar atmışdır.

ŞAR-ın əməkdaşlarına qarşı müntəzəm olaraq çoxsaylı qeyri-etik davranış və hərəkətlərinə, rəsmi və ictimai yerlərdə özünü qeyri-adekvat aparmağına, ifrat kobudluğuna, kifayət qədər nüfuzlu elmi müəssisədə heç bir etikaya sığmayan təhqir və söyüşlərinə, ŞAR Elmi Şura üzvlərinin və direktorunun ünvanına nalayiq ifadələr işlətməyinə və şantaj etməyinə, astronomlardan birinin e-mail ünvanına ağlasığmaz söyüşlər yazmağına, qiymətli astronomik cihazların sıradan çıxma təhlükəsi törədən əlbəyaxa davalarına görə  Y. Məhərrəmov  kollektivdə çox ciddi narazılıqlar yaradırdı.

Rəsədxana rəhbərliyinin, Elmi Şura üzvlərinin və kollektivin aparıcı əməkdaşlarının  Y.Məhərrəmovun   bu qeyri-adi davranış formalarına uzun müddət  səbrlə dözməsinin tək səbəbi, rəsədxanada gecə müşahidələrində kişi kadrlara tələbatın yüksək olması ilə bağlı olub.  Ümid edirdik ki, zaman keçdikcə onun elmi- tədqiqatla məşğul olması akademik mühitə adaptasiya olunmağına kömək edəcəkdir.

Y. Məhərrəmov rəsədxanada işlədiyi müddətdə rəhbərliyin diqqəti və qayğısı ilə əhatə olunub.

AMEA-nın müxbir üzvü Namiq Cəlilovun direktorluğu dövründə onun elmi təşkilati və məişət  məsələlərinin həlli  birbaşa direktorun nəzarəti altında həyata keçirilib  və onun normal elmi fəaliyyətlə məşğul olması üçün qanun çərçivəsində mümkün olan bütün şərait yaradılıb. Ailə vəziyyətində maddi durumun yaxşılaşdırılması məqsədilə edilən müraciətlərini nəzərə alaraq onun aparıcı elmi işçi vəzifəsinə keçirilməsində, dosent elmi adının verilməsi üçün vəsadəti qaldırılmasında ona güzəştlərin edilməsini Elmi Şura üzvlərindən xahiş edib. O,  astronomiyanın təbliği məqsədilə rəsədxanada təşkil olunan ödənişli ekskursiayalara cəlb edilib, həyat yoldaşının əmək müqaviləsində öhdəsinə götürdüyü heç bir işi yerinə yetirmədiyinə baxmayaraq, işdə saxlamaqla ailənin maddi durumlarının yaxşılaşmasına şərait yaradılıb. Ona Bakı şəhərində sosial evlərdə mənzil alması üçün də qanuni çərçivədə  köməklik göstərmək üçün yollar axtarılırdı. Xarici dil bilgisi çox aşağı səviyyədə olduğundan ezamiyyələrə getmək imkanı məhdud olmasına baxmayaraq, rəsədxananın direktoru şəxsi təşəbbüsü ilə onu həvəsləndirmək məqsədi ilə  Odessaya (prof. N.İsmayılovun yanında) və  Türkiyəyə  ezamiyyətə göndərdi.

Y.Məhərrəmov, tədricən karyera “uğurları” qazandıqca xarakterində olan ağlasığmaz kobudluğu daha qabarıq formada göstərməyə başladı.

Nəha­­­yət, 01.06.2018-ci il tarixində AMEA-nın keçmiş Prezidenti akademik A. Əlizadəyə ünvanladığı şikayət ərizəsində Rəsədxananın Elmi Şurasının üzvlərinə, rəsədxana rəhbərliyinə qarşı ağlasığmaz, etikadan kənar ifadələrlə müşayət olunan, həqiqətə uyğun olmayan, bəzi hallarda məhkəmə araşdırması tələb edən çox ağır ittihamlar irəli sürdü.

Y.Məhərrəmovun bütün bu hərəkətlərinin əmək kollektivində mənəvi-psixoloji iqlimi ciddi şəkildə korladığını nəzərə alaraq, bu məsələ 21.06.2018-ci il tarixində ŞAR Elmi Şurasında müzakirəyə çıxarıldı. O,  bu müzakirəyə dəvət olunsa da, rəsmi şəkildə iştirak etməkdən imtina etdi. Elmi Şura, kolektivin üzvlərinə qarşı davranışlarını geniş müzakirə edərək, onun bu hərəkətlərini, dövlət  başçısının bilavasitə qayğısı nəticəsində yenidənqurmadan sonra stabillik və inkişaf dövrünə qədəm qoymuş Rəsədxanada gərginliyin yaranmasına səbəb olmasını nəzərə alaraq, onunla  bağlanmış əmək müqaviləsinin uzadılmaması və ya vaxtından əvvəl xitam verilməsi məsələsinə qanunvericilik çərçivəsində baxılması barədə qərar qəbul etmişdir (AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının 21.06.2018-ci il tarixli iclasının protokolundan çıxarışın surəti).

25.06.2018-ci il tarixində  ŞAR Həmkarlar Təşkilatının Ümumi yığıncağında Elmi Şuranın çıxardığı bu qərar müzakirə olunmuş və yekdilliklə dəstəklənmişdir (AMEA ŞAR Həmkarlar Təşkilatının 25.06.2018-ci il tarixli Ümumi Yığıncağının protokolundan çıxarışın surəti). Y.Məhərrəmov bu yığıncaqda da iştirak etməkdən imtina etmişdir.

ŞAR direktoru Elmi Şura və Həmkarlar Təşkilatının qərarlarını əsas tutaraq, 29.06.2018-ci il tarixində ona sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir.

Bütün bunlardan sonra, nəticə çıxarıb dayanmaq (kollektivin üzvlərindən bir nəfər belə onun  hərəkətlərinə haqq qazandırmadı), fikirləşmək, kollektivə  atdığı şər və böhtanlara görə üzr istəmək, yenidən kollektivə qaynayıb- qarışmağına kömək istəmək əvəzinə, kollektivin ayrı-ayrı üzvlərinin eləcə də bütünlükdə rəsədxananın işgüzar imicini korlamağa yönəlmiş şər və böhtan dolu informasiyaları respublikanın bütün Ali Dövlət Orqanlarına, çoxsaylı kütləvi elektron informasiya vasitələrinə və qəzetlərə tirajlamağa başladı.

Nəticədə, 05.07.2018-ci il tarixində onunla bağlanmış müddətli əmək müqaviləsinin vaxtı başa çatdığından, qanunvericilik çərçivəsində onunla əmək müqaviləsi uzadılmamış və işdən azad olunmuşdur.

Y.Məhərrəmov Şamaxı Rayon Məhkəməsində işə bərpa olunması haqqında iddia qaldırmışdır və bu məsələyə 18.09.2018-ci il tarixində Şamaxı Rayon Məhkəməsində baxılmış və  iddia təmin edilməmişdir (Şamaxı Rayon Məhkəməsində Y.Məhərrəmovun işə bərpa olunması barədə iddiasının təmin olunmaması haqqında qərarın surəti).

Onun bu məsələ ilə bağlı Şamaxı Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti təmin olunmamış, Sumqayıt Apelyasiya Məhkəməsi 21.01.2019–cu il tarixindəki iclasında  ilkin qərarı  dəyişdirmədən qüvvəsində saxlamışdır (Sumqayıt Apelyasiya Məhkəməsinin Qətnaməsinin surəti).

“Şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlara görə” rəsədxananın 3 şöbə müdiri (Canməmməd Rüstəmov, Ədalət Ətayi, Bayram Rüstəmov) və rəsədxananın direktoru Namiq Cəlilov isə həm özünün şərəf və ləyaqətinin, həm də Rəsədxananın işgüzar nüfuzunun müdafiəsi ilə bağlı Y.Məhərrəmova qarşı iddia ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişlər. Bu iddialar Şamaxı Rayon Məhkəməsində təmin edilmişdir (Qərarların surəti: Namiq CəlilovCanməmməd RüstəmovƏdalət Ətayi, Bayram Rüstəmov).  Sumqayıt Apellyasiya Məhkəməsi bu qətnamələri  dəyişdirilmədən öz qüvvəsində saxlamışdır

Onun müxtəlif instansiyalara ünvanladığı şər-böhtan xarakterli şikayətlərindəki məlumatlar, o cümlədən, heç bir əsası olmadan “rəsədxananın əxlaqsızlıq yuvasına çevrilməsi” kimi sərsəm iddiası hüquq mühafizə orqanalarının araşdırma predmeti olmuş, aparılmış araşdırmalar nəticəsində göstərilən məlumatlar öz təsdiqini tapmadığından, faktla əlaqədar AR CM-nin 296.1-ci maddəsinin əlamətləri ilə cinayət işinin istintaqı aparılmış və Məhkəmə istintaqı zamanı o, özünü AR CM-nin 296.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilərək, Rəsədxana və onun rəhbərliyi barədə şər-böhtan xarakterli məlumatları məkrli niyyətlə yaydığını etiraf etmişdir. (Y.Məhərrəmovun səlahiyyətli orqanlara ünvanladığı etiraf ərizəsinin notarial qaydada təsdiq olunmuş surəti).

Bundan sonra biz, Y.Məhərrəmovun azyaşlı övladlarının olmağını nəzərə alaraq onun həbs olunmağını deyil, böyük humanist addım ataraq cəzasının yüngülləşdirilməsi məhkəmədən xahiş edilmişdir. O isə bunu sonradan “barışıq” kimi qələmə vermişdir.  

Şamaxı Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli hökmü ilə o, AR CM–nin 296.1–ci maddəsin ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, iki il müddətinə islah işləri cəzasına məhkum edilmiş və həmin hökm 18.01.2019-cu il tarixində qüvvəyə minmişdir (Şamaxı Rayon Məhkəməsinin Y.Məhərrəmovun iki il müddətinə islah işləri cəzasına məhkum edilməsi barədə qərarın surəti).

28.12.2018-ci il tarixində o, səlahiyyətli orqanlara ünvanlanmaqla, notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının birinci Vitse-prezidentinə, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Baş prokurorluğa, Daxili İşlər Nazirliyinə, Fövqaladə Hallar Nazirliyinə, Ali Məhkəməyə, Vergilər Nazirliyinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Azərbaycan Milli Elmlər Akademiyasına, Qafqaz Müsəlmanları İdarəsinə, eləcə də çoxsaylı kütləvi elektron informasiya vasitələrinə  və qəzetlərə yazdığı şikayət məktublarında Şamaxı Astrofizika Rəsədxanası barədə göndərdiyi məlumatları təkzib edərək, onların yalan olduğunu, səhvə yol verdiyini, Rəsədxananın və onun direktorunun adına bilərəkdən xələl gətirdiyini etiraf edərək, üzr istədiyini, etmiş olduğu hərəkətlərdən sonra, Rəsədxana tərəfindən təqdim edilmiş xüsusi təyinatlı yaşayış sahəsində (xidməti mənzil) qalıb yaşamağının mümkünsüz olduğunu və bu səbəbdən, ailəsilə birlikdə Rəsədxananı dərhal tərk edəcəyini bildirmişdi (Y.Məhərrəmovun səlahiyyətli orqanlara ünvanladığı etiraf ərizəsinin notarial qaydada təsdiq olunmuş surəti).    

Nəhayət, məsələ hüquqi müstəvidə öz həllini tapdı. Sanki hər şey bitdi. Biz də düşündük ki, artıq müəssisənin normal ritmi bərpa olunacaq, biz öz normal fəaliyyətimizi davam etdirəcəyik (bir il yarım  müddətində bu adam faktiki olaraq müəssisənin bütün strukturlarının normal fəaliyyətinə mane olub). Lakin o, verdiyi sözə əməl etmədi.

Təəssüf ki, bir müddət sonra Y.Məhərrəmov kimin və ya kimlərinsə təhriki ilə yenidən bu məsələni davam etməyə qərar verir. Amma artıq məsələnin hüquqi müstəvidə həlli olmadığına əmin olduğundan o, təhdid, şantaj kimi dələduzluq yolunu seçir.

Y. Məhərrəmov əvvəlcə Rusiyada yaşayan qardaşı - Müşviq Məhərrəmov vasitəsilə rəsədxananın direktoru  və bu işdə adları çəkilən digər əməkdaşları təhqir etməyi,  sonra müxtəlif formada hədələr  etmək üsulunu  seçdi və məhkəmə qərarlarını ləğv etdirmək kimi ağılasığmaz tələblər irəli sürdü. Bir  nəticə alınmadığını görəndə o,  bütün hücumları direktora qarşı yönəltməyə üstünlük verdi.  İlk  əvvəl o, direktoru ailə üzvləri ilə bağlı  hədələməklə, ona təzyiq etməyə başladı. Sonra Müşviq Məhərrəmov qardaşı Y. Məhərrəmovu işə bərpa  etməyin  və ona üç ay ərzində doktorluq  dissertasiyası müdafiəsini təşkil etməyin   mümkün olmadığını eşidəndə , direktor  haqqında ölüm hökmü  çıxardığını  söylədi və bu haqda öz Rusiya Federasiyası ölkə kodu ilə olan telefonundan birbaşa Namiq Cəlilova SMS-lər göndərdi.

Y.Məhərrəmov bu hərəkətlərinə adekvat cavab verilmədiyini gördükdə, bir az da irəli gedərək dövləti cinayət yolunu tutur.

İqor Kosyaqin və Sergey Mironov adı altında naməlum şəxslər və ya şəxs,  15 sentayabr 2016-cı ildə ŞAR-ın direktoru tərəfindən Elmi Şu­ra­nın qəbul etdiyi qərar əsasında imzalanmış 188 saylı Əmrə istinad edərək öz qüsurlu şərhi ilə azərbaycan, rus və ingi­lis dillərində özünün qeyd etdiyi kimi 2000-dən artıq ünvana, o cümlədən də düşmən ölkə olan Ermənistana müraciət göndərmişlər və söz verirlər ki, dünyanın hər bir nöqtəsinə göndəriləcək. Belə ajiotaj onu göstərmirmi ki, bu müracətin arxasında sağlam məqsəd durmur?! Saxta “elm təəssübkeşi”  olan Cənab Kosyaqin, veb saytlara istinad edərək rəsədxana əra­zi­sindəki istirahət evlərinin nə məqsədlə istifadə olunacağı barədə proqnozlar verir. Bu şər və böhtan dolu məlumatları kütləvi informasiya vasitələrində rəsəd­xa­nanın keçmiş əməkdaşı Yanoş Məhərrəmov yaymışdır. Görəsən, indiyə qədər astronomlar arasında adına rast gəlinməyən cənab Kosyaqin və Mironovu  bu çirkin oyuna girməyə nə vadar etmişdir?

Bu müraciət 16-20 Sentyabr 2019-cu il tarixində ŞAR-ın 60 illik yubileyinə həsr olunmuş beynəlxalq “Ulduzlar və planetlər fizikası” konfransında  iştirak edən dün­yanın müxtəlif  ölkələrindən gəlmiş 50-dən çox məşhur astrofizikə də ün­van­lan­mışdı. Məşhur alimlər yekun çıxışlarında konfransın  işinin uğurla başa çatdığını, ŞAR-da elmi tədqiqatların yüksək səviyyədə olduğunu   və alimlərimizin konfransda fəal işti­rakını qeyd etdilər (Konfransın Yekun Qətnaməsi və görkəmli astronomların bu müraciətə munasibətini ifadə edən nümunələr).

“WhatsApp” üzərindən saxta profillə “ŞAR-ın sirləri” adlı qrup yaradıb AMEA-nın bütün əməkdaşlarını həmin qrupa daxil ediblər. Həmin səhifədə Y.Məhərrəmov haqqında məhkəmə qərarları məzhəkə predmetinə çevrilib. ŞAR-ıın direktorunun, ayrı-ayrı əməkdaşların ünvanına təhqirlər, alçaldıcı sözlərlə müşayət olunan ifadələr yerləşdirilir.

Beləliklə, Yanoş Məhərrəmov və onun havadarları respublikamızda ölkə rəhbərliyi tərəfindən yaradılmış aşkarlıq, hər bir vətəndaşın öz qanuni tələblərini sərbəst söyləmək imkanı verən şəraitdən sui istifadə edərək qanunazidd hərəkətlərə yol verir, ölkənin Ali Dövlət Orqanlarının çıxardığı qərarları öz xəstə təxəyyülləri çərçivəsində şərh edib lağ obyektinə çevirilər.

Rəsədxananın əmək kollektivinin, xüsusən də Y.Məmmədəliyev  qəsəbəsində yaşayan əməkdaşların təkidli tələbindən sonra, Rəsədxananın əmək kollektivi ilə birlikdə Həmkarlar Təşkilatının 21.02.2019-cu il tarixində keçirilən yığıncağında,    Y. Məhərrəmovun, kollektivdə mənəvi psixoloji iqlimin korlanmasına gətirib çıxaran hərəkətləri geniş müzakirə olunmuşdur.  Yığıncaqda onun haqqında çıxarılmış məhkəmə hökmünün qüvvəyə minməsi və onu Y.Məmmədəliyev qəsəbəsindəki xidməti mənzildən çıxarmaq məsələsini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həlli üçün müvafiq səlahiyyətli orqanlar qarşısında məsələ qaldırılması haqqında yekdilliklə qərar qəbul olunmuşdur (AMEA ŞAR-ın əmək kollektivinin Həmkarlar Təşkilatı ilə birgə yığıncağının protokolundan çıxarışın surəti).

Yanoş Məhərrəmovun hərəkətləri nəticəsində rəsədxananın Y.Məmmədəliyev adına xidməti yaşayış qəsəbəsində yaranmış situasiya ilə əlaqədar ŞAR-ın bir qrup qadın əməkdaşının Həmkarlar Təşkilatınin sədri Famil Mustafaya Müraciəti ünvanlanıb (Müraciətin surəti) Bu müraciətin, eləcə də Y. Məhərrəmovun rəsədxananın işgüzar imicinin korlanmasına yönəlmiş müntəzəm xarakterli fəaliyyətinin müzakirəsinə həsr olunmuş Rəsədxananın Əmək Kollektivi ilə birlikdə Həmkarlar Təşkilatının 18.12.2019-cu il tarixində növbəti yığıncağı keçirildi. Yığıncaq iştirakçıları yekdilliklə bu məsələ ilə əlaqədar qərar qəbul etdilər (Yığıncağın stenoqrafik protokolunun və qərarın surəti)

Y.Məhərrəmov,  Ali Dövlət orqanlarına yazdığı, özünün də etiraf etdiyin kimi şər və böhtan dolu məktublarında astronomiya təəssübkeşliyindən, ixtisas və Vətən sevgisindən danışır.  Məlum olmuşdur ki, o, zabit kimi hərbi xidmət zamanı iki dəfə fərarilik etmiş və nəticədə xidməti uyğunsuzluq maddəsi ilə həqiqi hərbi xidmətdən təxris olunmuşdur (Hərbi hissədən iki dəfə fərarilik etdiyi haqda rəsmi arayışın surəti). O, Şamaxı Astrofizika Rəsədxanasına işə qəbul olunarkən əmək kitabçasında (hərbi hissəyə çağırılması ilə bağlı məktəbdən çıxarıldığı əmri və oradakı xidmət müddətini çıxarmaqla) özünə sərf edən qaydada yazdırmaqla saxtalaşdırmış və bununla da həqiqəti gizlətməyə çalışmışdır (Əmək kitabçasından çıxarılan səhifələr).

Respublikamızın fəxri sayılan, dünyada tanınmış elm ocağı Şamaxı Astrofizika Rəsədxanası və özünün də ailəsi ilə birgə yaşadığı Y.Məmmədəliyev qəsəbəsi haqqında elektron informasiya vasitələrində yerləşdirdiyi,  heç bir etikaya və əxlaqa sığmayan, rəsədxananın əxlaqsızlıq yuvasına çevrilməsi barədə bəlağətlə şərh etdiyi şər informasiyanın məhkəmə araşdırması zamanı təsdiqini tapmadığı və özünün də rəsmi şəkildə təkzib etməsinə baxmayaraq, onları heç olmasa silmək  haqqında heç düşünmür.

 

https://www.cumhuriyyet.net/manset-2/121421-alimd%C9%99n-sok-ittiham-samaxi-r%C9%99s%C9%99dxanasi-%C9%99xlaqsizliq-yuvasina-cevrilib-video.html

https://hurriyyet.org/xeber/namiq_celilov_istefaya_gonderilmelidir_-_rsdxananin_mkdai

http://xeberinfo.de/dzaemiyyaet/taehsil/item/2794-alimdaen-ittiham-shamakh-raesaedkhanas-aekhlazhs-zl-zh-yuvas-na-dzhevrilib-video

https://realmedia.az/alimd%C9%99n-sok-ittiham-samaxi-r%C9%99s%C9%99dxanasi-%C9%99xlaqsizliq-yuvasina-cevrilib-video/

http://azertaym.az/sosial/38354-shamax-resedxanasi-exlaqszlq-yuvasna-chevrlb-alimlerin-yemekxanasinda.html

http://pia.az/alimden-ittiham-samaxi-resedxanasi-exlaqsizliq-yuvasina-cevrilib-video-259051-xeber.html

http://kirpi.info/news/3830/index.html

https://lolpanic.ru/watch/%C5%9Eamax%C4%B1-r%C9%99s%C9%99dxanas%C4%B1-%C9%99xlaqs%C4%B1zl%C4%B1q-yuvas%C4%B1na-%C3%A7evrilib--Alimd%C9%99n-%C5%9EOK-%C4%B0TT%C4%B0HAM/

https://getlink.pro/v/y3z--VFlJX0

http://liderinfo.az/main/5443-shamaxi-resedxanasinda-biyabirchiliq-18-vdeo.html

https://vmire.life/video/tPWXgL1-y5M

https://idreporter.net/v/%C5%9Famax%C4%B1-r%C9%99s%C9%99dxanas%C4%B1nda-biab%C4%B1r%C3%A7%C4%B1-hadis%C9%99-tPWXgL1-y5M.html

 

https://www.youtube.com/watch?v=y3z--VFlJX0 

https://youtu.be/tPWXgL1-y5M

"Kütləvi informasiya vasitələri haqqında" Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılması məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunması yolverilməzdir. Yuxarıda qeyd etdiyimiz KİV-in  rəhbərləri AMEA–nın kifayət qədər nüfuzlu elmi müəssisə haqqında bu cür ağır və bəzi hallarda məhkəmə araşdırması tələb edən  ittihamları yaymaqdan əvvəl  qarşı tərəfin fikrini öyrənməyə belə cəhd etməmişlər. Bu KİV haqqında Azərbaycan Respublikası Qanununun kobud şəkildə pozulmasıdır. Bu informasiyaların yuxarıda qeyd olunan bir neçə məhkəmə işinin predmeti olduğunu və məhkəmə araşdırması nəticəsində həqiqəti əks etdirmədiyini, şər və böhtan olması barədə məhkəmə qərarlarından (Şamaxı Rayon Məhkəməsinin Y.Məhərrəmovun iki il müddətinə islah işləri cəzasına məhkum edilməsi barədə qərarın surəti) və Y.Məhərrəmovun rəsmi şəkildə  bu informasiyaları təkzib etməsindən (Y.Məhərrəmovun səlahiyyətli orqanlara ünvanladığı etiraf ərizəsinin notarial qaydada təsdiq olunmuş surəti) hörmətli KİV rəhbərlərinin məlumatı varmı? Bu günə kimi həmin informasiyalarda heç bir düzəliş aparılmaması, heç olmazsa silinməməsi müəyyən suallar doğurur.

2019-cu ilin sonunda bu mövzuda yazı İ.Kosyagin adı altında “Təzadlar” qəzetinin redaksiyasına daxil olur. Qarşı tərəfin fikrini öyrənmək məqsədi ilə jurnalist Elçin Məmmədli Şamaxı Astrofizika Rəsədxanasında olub və sorğusuna əsasən  yuxarıda qeyd olunan rəsmi sənədlər ona təqdim olunub. Müstəqil jurnalist araşdırması nəticəsində “Rəsədxananın Yanoşu, yoxsa yanmış “ulduzu” “ adlı məqalə 28.12.2019-cu il tarixində “Təzadlar” qəzetində dərc olunub.

Kütləvi İnformasiya Vasitəsi nümayəndələrini bu konfliktlə bağlı Respublikanın Ali Dövlət Orqanlarının çıxardığı qərarları, mövcud faktiki rəsmi sənədləri  nəzərə almaqla obyektiv araşdırma aparıb, həqiqəti olduğu kimi ictimaiyyətə çatdırmağa səsləyirik.

 

 

Azərbaycan Milli Elmlər Akademiyası

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası                                                                                  03.02.2020

 

Qeyd: Bu məsələ ilə bağlı əlavə informasiya əldə etmək üçün AMEA ŞAR-ın "İctimaiyyətlə Əlaqələr" şöbəsinə müraciət edə bilərsiniz.

Əlaqə: info@shao.science.az

            012 510 82 91 / 050 769 87 13

Xəbərlər Elanlar