Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana alimləri beynəlxalq konfransda iştirak ediblər - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana alimləri beynəlxalq konfransda iştirak ediblər
30.04.2021 14:04 / KONFRANSLAR Rəsədxana alimləri beynəlxalq konfransda iştirak ediblər

26-30 aprel tarixlərində St. Peterburq şəhərində “OBA ulduzları: dəyişkənlik və maqnit sahələri” adlı beynəlxalq konfrans keçirilib.

Onlayn şəkildə təşkil olunmuş konfransda Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada, Niderland, Almaniya, Fransa, İtaliya və s. ölkələrdən 100-dən çox alim iştirak edib. Konfransda Ulduz maqnetizmi sahəsində tanınmış alimlər plenar məruzələrlə çıxış ediblər.

Beynəlxalq elmi tədbirdə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından (ŞAR) f.r.e.d, professor N.Z.İsmayılov və onun yetirmələri a.f.d. Günel Bahəddinova, a.f.d, dosent Həmayıl Adıgözəlzadə AeBe Herbiq tip ulduzların dəyişkənliyi haqqında məruzələrlə çıxış ediblər.

Konfransın 4-cü günündə rəsədxana əməkdaşlarından ilk çıxış H.Adıgözəlzadə tərəfindən edilib. "HD 179218 Ae/Be Herbiq tipli ulduzunun spektrinində spektral dəyişmələr" adlı məruzədə 2015-2018 ci illərdə ŞAR-ın 2 m-lik teleskopunda müşahidə olunmuş Ae/Be herbiq tipli HD 179218 ulduzunun spektral müşahidələrinin nəticələri təqdim edilib. Məruzəçi qeyd edib ki, müşahidələrin nəticələrinə əsasən Hα şüalanma xəttinin parametrlərinin iki dövrdə ~40 günlük xarakterik vaxtla dalğavari şəkildə dəyişməsi aşkar edilib. Birinci dalğavari dəyişmə daha dərindir, spektral parametrlərin azalma və artma qanadları daha aydın nəzərə çarpır. Eyni zamanda birinci minimumda Hα şüalanma xəttinin profilində həm bövşəyi, həm də qırmızı qanadlarda əlavə şüalanma komponentlərinin yaranması və yox olması müşahidə olunmuşdur. Alınan nəticələr sistemin qoşa sistem olması fərziyyəsini irəli sürməyə əsas verir.

Sonra ŞAR-ın daha bir əməkdaşı - a.f.d Günel Bahəddinova "Ae/Be Herbiq tipli HD 190073 ulduzunun uzun müddətli spektral dəyişkənliyi" mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, bu ulduzun 4 il ərzində alınmış spektral müşahidələrinə əsasən spektral xətlərin parametrlərinin qısamüddətli və uzun müddətli dəyişkənliyi öyrənilib və müəyyən olunub ki, 2015-2018 ci illərdə Hα və Hβ xətlərinin parametrləri 40 günlük tsikllərlə dəyişmə göstərir. Ekvivalent en ilə şüa sürəti tərs korelyasiya göstərir. Həmçinin həmin parametrlər 4 il ərzində də dəykşkənlik göstərirlər. Bu da ulduzun diskinin strukturunun dəyişməsinə əsaslanır.

Son olaraq beynəlxalq konfransda professor Nəriman İsmayılov “Photospheric Variability of the Late B-Supergiant HD 199478” (Nəriman İsmayılov, Şəfəq İsmayılova) parlaq ifratnəhəng HD 199478 ulduzunun spektrində udulma xətlərinin tədqiqi ilə bağlı məruzəsini tədbir iştirakçılarına təqdim edib. Məruzədə göstərilib ki, ulduz küləyi yalnız güclü udulma xətlərində özünü büruzə verir. Belə xətlərin parametrləri ilə ulduz örtüyünün parametrləri sinxron dəyişir. Fotosfer xətlərinin analizi nəticəsində bildirilib ki, ulduzun atmosferində başlıca olaraq radial pulsasiya (döyünmə) aşkar edilir. İlk dəfə olaraq göstərilib ki, bu cür dəyişmə 45 günlük kvaziperiodik xarakterə malikdir.

Alimlərimizin çıxışları maraqla dinlənilib, mövzular ətrafında geniş diskusiyalar aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025