Dövlət başçısının Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə hər il martın 27-nin Azərbaycanda “Elm günü” kimi qeyd edilməsi qərara alınmışdır.
27 mart-ölkəmizdə “Elm günü”nün qeyd olunması ilə əlaqədar keçiriləcək tədbirlər planı çərçivəsində, 19 fevral 2019-cu il tarixində AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə “Açıq qapı” günü keçiriləcək.
Həmin gün Tusi-Bohm Planetariumda (Bakı, Neftçilər pr-ti, Park Bulvar Ticarət Mərkəzi, 4-cü mərtəbə) astronomiya üzrə populyar mühazirələrin təşkili və kosmosa səyahətlə bağlı sənədli filmin nümayişi nəzərdə tutulub.
Astronomiya elminə marağı olan hər kəsi tədbirimizdə iştirak etməyə dəvət edirik.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.