Dekabrın 4-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında
2020/21- ci tədris ili üçün fəlsəfə doktorluğu hazırlığı üzrə ixtisas fənnindən (2108.01 - Astrofizika və ulduz astronomiyası) doktorluq imtahanı keçiriləcək.
Rəsədxananın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri, f.-r.e.d., prof. Nəriman İsmayılovun sədrlik edəcəyi imtahan komissiyasına f.ü.f.d.dos. Xıdır Mikayılov, f.-r.ü.f.d, Ədalət Ətayi və f.-r.ü.f.d dos. Bayram Rüstəmov daxildir.
İmtahanın keçirilmə tarixi: 4 dekabr 2020 - ci il, saat 11:00.
İmtahanın keçirilmə ünvanı: Bakı şəhəri, H.Cavid prospekti 115 ( ŞAR-ın Bakı şəhər bölməsi).
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.