13.05.2020 Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək

14 may 2020-ci il tarixində saat 11:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

Qeyd: Karantin rejimi ilə əlaqədar, şura üzvləri iclasa internet üzərindən (zoom proqramı vasitəsilə) qoşulacaq.

 

Gündəlikdəki məsələlər: 

 

1. ŞAR-da karantin şəraitində işin təşkili barədə (işə davamiyyət, müşahidələr);

2. ŞAR-ın AAJ-ın hazırki vəziyyəti barədə; (çapı, 60-illiklə bağlı buraxılış, konfrans materialları)

3. Karantin müddətində ŞAR-da təhsilin təşkili barədə (I və II kurs magistrlər, xaricdə təhsil alan doktorantlar haqqında);

4. Cari məsələlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.