29.01.2020 Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək

31 yanvar 2020-ci il tarixində saat 11:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

İclasın keçiriləcəyi ünvan: ŞAR-ın Bakı şəhər bölməsi AMEA-nın kiçik akt zalı (2-ci mərtəbə).

 

Gündəlikdəki məsələlər: 

 

1. ŞAR-ın 60 illik yubiley buraxılışının nəşri barədə (f.f.d. X.Mikayılov);

2. 2020-ci il üçün ŞAR-ın doktoranturasına və dissertanturasına qəbul planı barədə (f.f.d. X.Mikayılov);

3. “Nəsirəddin Tusi-yaşadığı dövr və milli mənsubiyyəti” adlı kitabın çapa təqdim edilməsi barədə (f.r.f.d. Ə.Ətayi, f.r.f.d. M.Bəşirov, İ.Səfərova);

4. Xarici ezamiyyətlər barədə hesabat (f.r.f.d. C.Rüstəmov (Estoniya Respublikası),  f.r.e.d. N.İsmayılov (İtaliya Respublikası));

5. F.r.e.n. Kamal Hüseynovun Rusiya Elmlər Akademiyasının O.Y.Şmidt adına Yer Fizikası İnstitutuna ezam edilməsi barədə;

6. ŞAR-ın fəlsəfə doktoru hazırlığı üzrə doktorantları Şəbnəm Ağayeva və Zümrüd Vidadi qızının Gürcüstan Respublikasına ezam edilmələri barədə (GRANDMA iştirakşılarının 3-cü təkmilləşdirici təlimində iştirak üçün);

7. Cari məsələlər.

Elmi Şura üzvlərinin və aidiyyati şəxslərin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.