29.10.2019 Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək

08 noyabr 2019-cu il tarixində saat 11:00-da AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

İclasın keçiriləcəyi ünvan: ŞAR-ın Bakı şəhər bölməsi.

 

Gündəlikdəki məsələlər: 

 

1. ŞAR-ın 2019-cu il üçün qəbul olunmuş elmi-tədqiqat mövzuları üzrə illik hesabatlar;

- Mövzu 8: Heliosfer və digər kosmik plazma şəraitlərində maqnito-hidrodinamik proseslərin tədqiqi (bir iş);

- Mövzu 9: Günəş-Yer əlaqələri və kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi (bir iş);

- Mövzu 12: Günəş sisteminin kiçik cisimlərinin təkamülü və fiziki xüsusiyyətləri (üç iş);

- Mövzu 4: Astrofiziki müşahidə materiallarının işlənməsinin və interpretasiyasının əsasları (bir iş);

- Mövzu 10: Spin-orbital qarşılıqlı təsir və Günəş aktivliyi problemi (bir iş);

- Mövzu 13: Planetlərin spektrofotometrik tədqiqi (bir iş);

2. Cari məsələlər.

Elmi Şura üzvlərinin və aidiyyati şəxslərin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.