25.02.2019 Şamaxı Astrofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

 

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası aşağıdakı vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir:

“Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsi üzrə

-         Aparıcı elmi işçi – 1 ştat vahidi;

-         Böyük elmi işçi  - 1 ştat vahidi;

-         Elmi işçi – 1 ştat vahidi.

“Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsi üzrə:

-         Elmi işçi – 2 ştat vahidi.

“Planetlər və  kiçik  səma  cisimləri” şöbəsi üzrə:

-         Böyük elmi işçi  - 2 ştat vahidi;

-         Elmi işçi – 1 ştat vahidi.

 “Ulduz   atmosferləri   fizikası   və  maqnetizm” şöbəsi üzrə:

-         Böyük elmi işçi  - 1 ştat vahidi;

 “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsi üzrə:

-         Aparıcı elmi işçi – 1 ştat vahidi. 

Müsabiqədə elmi işçi vəzifələrinə astrofizika (astrofizika ilə əlaqəli) ixtisası üzrə ali təhsili  olan və elmi tədqiqatlar aparan, aparıcı elmi işçi və böyük elmi işçi vəzifələrinə isə astronomiyanın müvafiq sahələri üzrə elmi dərəcəsi olan və son illərdə elmi nəticələri nüfuzlu elmi jurnallarda dərc olunan şəxslər sənəd verə bilər.

(vakansiya_ərizə forması, ərizəyə_əlavə olunacaq sənədlər)

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir:

AZ-5626, Azərbaycan Respublikası, Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi

Elmi katib Orxan Xəlilov

Tel.: (+99420) 26 6 10 04; Mob.: +994 50 640 04 71

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.