19.02.2018 Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək

21 fevral  2018-ci il tarixində saat 11:00-da (Rəsədxana seminarından sonra) AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

İclasın keçiriləcəyi ünvan: ŞAR-ın Bakı şəhər bölməsi.

 

Gündəlikdəki məsələlər:

 

1. ŞAR-da 2017-2020-ci illər üçün qəbul edilmiş elmi-tədqiqat mövzuları üzrə 2018-ci ildə yerinə yetiriləcək elmi işlər barədə

    (Mövzu 4; Mövzu 10; Mövzu 14);

2. Rəsədxana seminarlarının təşkili barədə;

3. 2018-ci ildə  fəlsəfə doktoru hazırlığı üzrə ŞAR-ın dissertanturasına qəbul barədə;

4. ŞAR əməkdaşlarının elmlər doktoru dissertasiya mövzularının adlarının təsdiqi barədə

    (f-r.ü.f.d Nazim Hüseynov, f-r.ü.f.d Bala Əli Rəcəbov)

5. ŞAR-ın elmi işçisi Əli Baloğlanova fəlsəfə doktoru dissertasiya mövzusu üzrə ikinci elmi rəhbərin təyini barədə;

6. Cari məsələlər.

Elmi Şura üzvlərinin və aidiyyatı olan şəxslərin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.