15.01.2018 Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək

17 yanvar 2018-ci il tarixində saat 11:00-da (Rəsədxana seminarından sonra) AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

İclasın keçiriləcəyi ünvan: ŞAR-ın Bakı şəhər bölməsi.

 

Gündəlikdəki məsələlər:

 

1. 2018-ci il üçün ŞAR Elmi Şurasının iş planının təsdiqi barədə;

2. ŞAR-da 2017-2020-ci illər üçün qəbul edilmiş elmi-tədqiqat mövzuları üzrə 2018-ci ildə yerinə yetiriləcək elmi işlər barədə;

3. ŞAR-ın Web saytının monitorinqi komissiyasının yaradılması barədə;

4. Cari məsələlər.

Elmi Şura üzvlərinin, mövzu və iş rəhbərlərinin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.