13.11.2017 Elmi Şuranın növbəti iclası keçiriləcək

14 noyabr 2017-ci il tarixində saat 10:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

İclasın keçiriləcəyi ünvan: ŞAR-ın Bakı şəhər bölməsi

 

 GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:

 

1. Rəsədxananın 2017-ci il üçün qəbul olunmuş elmi-tədqiqat mövzudaxili işləri üzrə illik hesabatları;

-         Mövzu 1: Geniş örtüklü ulduzların təkamül xüsusiyyətləri və ulduz küləyində qeyri stasionar proseslərin

           araşdırılması (üç iş);

-         Mövzu 2: Cavan ulduzların kompleks tədqiqi (iki iş);

-         Mövzu 3: Qoşa ulduzlar və ulduzətrafı mühitlə qarşılıqlı təsirin fiziki xüsusiyyətləri (iki iş);

-         Mövzu 6: Fəal nüvəli qalaktikaların kompleks tədqiqi (iki iş);

-         Mövzu 7: İnnovativ texnologiyaların astronomik müşahidələrə tətbiqi (iki iş);

-         Mövzu 11: Santimetrlik–destimetrlik dalğa uzunluqlarında Günəş radioşüalanmasının xarakteristikalarının

           statistik və dinamik tədqiqi (bir iş).

2. Cari məsələlər.

 Qeyd: Mövzular üzrə yerinə yetirilən elmi-tədqiqat işləri barədə hesabatları iş rəhbərləri təqdim etməlidir.

  

 Elmi Şura üzvlərinin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.