Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2025-ci il üçün doktoranturaya qəbul elan edir.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya "Astrofizika və Ulduz astronomiyası" (2108.01) ixtisası üzrə əyani (2 ) və qiyabi (1 ) olmaqla 3 yer, ”Planetologiya” ixtisası üzrə (2104.01) 1 qiyabi yer büdcə hesabına ayrılmışdır.
Qeyd: Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada keçiriləcəkdir. Sənəd vermək istəyən iddiaçılar 13 may – 02 iyun 2025-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.