02.02.2022 Şamaxı Astrofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası aşağıdakı vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir:

 

VAKANSİYALAR

 

 

-       Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri vəzifəsinə - 1 (bir) ştat vahidi;

-       Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin müdiri vəzifəsinə -1 (bir) ştat vahidi;

-       Kosmik plazma və Heliogeofiziki problemlər şöbəsinin müdiri vəzifəsinə -1 (bir) ştat vahidi-1 (bir) ştat vahidi;

-       Nəzəri astrofizika və kosmologiya şöbəsinin müdiri vəzifəsinə-1 (bir) ştat vahidi;

-       Astronomik cihazlar və İnnovativ texnologiyalar şöbəsinin müdiri vəzifəsinə -1 (bir) ştat vahidi;

 

Müsabiqədə astrofizika, fizika, riyaziyyat və vakansiyaya uyğun digər ixtisasa malik, elmi dərəcəsi olan, son illərdə elmi nəticələri nüfuzlu elmi jurnallarda dərc olunan şəxslərin və müvafiq sahə üzrə təcrübəli şəxslər sənəd sənəd verə bilər.

(vakansiya_ərizə formasıərizəyə_əlavə olunacaq sənədlər)

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 (bir)ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir:

AZ-5626, Azərbaycan Respublikası, Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi

Tel.: (+99420) 26 6 10 14

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.