15.04.2024 Şamaxı Astrofizika Rəsədxanası doktoranturaya və dissertanturaya qəbul elan edir

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya "Astrofizika və Ulduz astronomiyası" (2108.01) ixtisası üzrə əyani və qiyabi olmaqla 2 yer, elmlər doktoru hazırlığı üzrə dissertanturaya isə "Astrofizika və Ulduz astronomiyası" (2108.01) ixtisası üzrə 1 yer büdcə hesabına ayrılmışdır.

Qeyd: Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada keçiriləcəkdir. Sənəd vermək istəyən iddiaçılar 16 aprel - 15 may 2024-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.