12.04.2023 Şamaxı Astrofizika Rəsədxanası doktoranturaya və dissertanturaya qəbul elan edir

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2023-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya "Astrofizika və Ulduz astronomiyası" (2108.01) ixtisası üzrə əyani və qiyabi olmaqla 2 yer, dissertanturaya isə "Astrofizika və Ulduz astronomiyası" (2108.01) ixtisası üzrə 1 yer büdcə hesabına ayrılmışdır.

Qeyd: Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada keçiriləcəkdir. Sənəd vermək istəyən iddiaçılar 12 aprel - 16 may 2023-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.