01.12.2022 Şamaxı Astrofizika Rəsədxanasında dissertasiya müdafiəsi keçiriləcək

09 dekabr 2022-ci il tarixində saat 11:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) nəzdində fəaliyyət göstərən BED 3.05 Birdəfəlik dissertasiya şurasının iclası keçiriləcək.

İclasda ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f.r.ü.f.d., dosent Canməmməd Nizam oğlu Rüstəmovun 2108.01 - “Astrofizika və ulduz astronomiyası” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Təkamülün müxtəlif mərhələlərində olan massiv sıx qoşa sistemlərin spektral və fotometrik xüsusiyyətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiya və avtoreferat ilə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi kitabxanasında tanış olmaq mümkündür. 

Dissertasiya və avtoreferatın elektron versiyaları Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının rəsmi internet saytında yerləşdirilmişdir.

Avtoreferat 02 noyabr 2022-ci il tarixində zəruri ünvanlara göndərilmişdir.

Qeyd edək ki, iclasın hibrid (qismən onlayn) rejimdə keçirilməsi nəzərdə tutulur. 

Ünvan: Bakı şəhəri, AZ1143, H.Cavid prospekti 117, AMEA-nın əsas binası, 11-ci mərtəbə, otaq № 1122.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.