30 sentyabr 2022-ci il tarixində saat 10:00-da AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.
İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 115 (AMEA-nın əsas binası, 10-cu mərtəbə)
Gündəlikdəki məsələlər:
1. 12-14 oktyabr 2022-ci il tarixlərində ŞAR-da təşkil olunacaq beynəlxalq konfransın təşkilati işləri barədə;
2. ŞAR magistraturasına 2022/2023-cü tədris ili üçün qəbul olunmuş magistrantların elmi rəhbərlərinin və diplom işi mövzularının təsdiqi barədə;
3. ŞAR-ın magistraturasında 2022/23-cü tədris ili üçün “Dərs cədvəli” və dərs proqrammlarının təsdiqi barədə;
4. Xarici ezamiyyətlər barədə:
- ŞAR-ın şöbə müdiri: Astr.ü.f.d., Səbinə Məmmədova (Çex Resp.);
5. Cari məsələlər.
Elmi Şura üzvlərinin və aidiyyati şəxslərin iştirakı vacibdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.