15.04.2022 Şamaxı Astrofizika Rəsədxanasının növbəti seminarı keçiriləcək

21 aprel 2022-ci il tarixində saat 11:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) nəzdində fəaliyyət göstərən BED 3.05 Birdəfəlik dissertasiya şurasının elmi seminarı keçiriləcək.

Seminarda Bakı Dövlət Universitetinin (BDU) “Astrofizika” kafedrasının dosenti, ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük elmi işçisi , f.r.e.n., Zahir Ağamurad oğlu Səmədovun 2108.01 - "Astrofizika, ulduz astronomiyası" ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “A-G spektral sinifli ulduzların fundamental parametrləri və kimyəvi tərkibi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcəkdir.

Qeyd edək ki, seminarın hibrid (qismən onlayn) rejimdə keçirilməsi nəzərdə tutulur. Seminara qoşulmaq üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz: 

Seminarın linki: https://us06web.zoom.us/j/83755887723?pwd=M1pEcUY2aUVPcjJmNU02L0JaZTVJdz09
İdentifikasiya kodu: 837 5588 7723
Şifrə: 337287
 

Ünvan: AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (Yusif Məmmədəliyev adına qəsəbə)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.