16 mart 2022-ci il tarixində saat 11:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçiriləcək.
Seminarda iki çıxış gözlənilir.
Mövzu 1: Çili rəsədxanalarının elmi fəaliyyət istiqamətləri və onlarla əməkdaşlıq aspektləri
Məruzəçi: Aynurə Həsənova
Çıxış Çilidə yerlən rəsədxanalar haqqında ümumi məlumat, nəhəng proyektlər, rəsədxanaların müşahidə imkanlarını və data bazalarla işlənilməsi və bununla bağlı yaranan çətinləkləri əhatə edir. Həmçinin çıxışa Çili rəsədxanaları ilə əməkdaşlıq aspektləri, o cümlədən Horizon Europe imkanları haqqında məlumat daxildir.
Mövzu 2: Ceyms Vebb kosmik teleskopu haqqında
Məruzəçi: Prof. Nəriman İsmayılov
Məruzədə dünyanın ən böyük ölçülü kosmik teleskopu haqqında məlumat veriləcək, onun hazırki vəziyyəti, müşahidə imkanları, istifadə ediləcək cihazlar və elmi proqramlar şərh olunacaq.
Qeyd edək ki, seminarın ZOOM proqramı vasitəsilə onlayn rejimində keçirilməsi nəzərdə tutulur. Seminara qoşulmaq üçün aşağıdakı elektron keçid yaxud id-paroldan istifadə edə bilərsiniz:
Zoom link: https://us05web.zoom.us/j/81709134978?pwd=TEdNcjZGRTMwZWN0YmNjM0ZsNTlXQT09
İdentifikasiya nömrəsi: 817 0913 4978
Şifrə: 93kZwh
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.