25.02.2022 Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçiriləcək

2 mart 2022-ci il tarixində saat 11:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçiriləcək.

Seminarın mövzusu: AMEA ŞAR-ın 2 metrlik teleskopunda alınan müşahidə materiallarının ilkin emalı və arxivləşdirilməsi

Məruzəçilər: Prof. İsmayılov N. (Bəşirova Ü., Abdulkərimova A., Həsənova A., İsmayılova Ş.)

 

Məruzədə AMEA N.Tusi adına ŞAR-da yaradılmış müşahidə materiallarının ilkin emailı və arxivləşdirilməsi qrupunun gördüyü işlərin gedişi, spektral materialın ilkin email prosesi, aparılan işlərin ardıcıllığı və son arxiv formasına gətirilməsi işləri şərh olunacaqdır.

Qeyd edək ki, seminarın ZOOM proqramı vasitəsilə onlayn rejimində keçirilməsi nəzərdə tutulur. Seminara qoşulmaq üçün aşağıdakı elektron keçid yaxud id-paroldan istifadə edə bilərsiniz: 

Zoom link: https://us05web.zoom.us/j/87600459112?pwd=Q21BV1F5SlMvRDdZTE0zWVdwOWpqZz09
İdentifikasiya nömrəsi: 876 0045 9112
Şifrə: K4C1s4

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.