14.02.2022 Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçiriləcək

16 fevral 2022-ci il tarixində saat 11:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçiriləcək.

Seminarın mövzusu: φCas (F0Ia)  ifrat nəhəng ulduzunun atmosferinin tədqiqi

Məruzəçilər: Z.A. SƏMƏDOV, G.M.HACIYEVA, S.Ş.RƏCƏBOVA

İşdə atmosfer modeli üsulu ilə HR382 (φCas ,F0Ia) ulduzunun atmosferi tədqiq edilmişdir.[c1] , Q fotometrik indekslərinin və hidrogenin Balmer seriyasının  müşahidə və nəzəri qiymətlərini müqayisə  edərək ulduzun effektiv temperaturu Teff və səthində ağırlıq qüvvəsinin təcili g təyin edilmişdir: Teff=7350±200K, logg=0.4±0.2.FeII xətlərinə əsasən mikroturbulent hərəkət sürəti təyin edilmişdir: ξt=7.5 km⁄san. Ulduzun atmosferində elementlərin miqdarı hesablanmışdır və Günəşdə olan miqdarla müqayisə edilmişdir. Karbon elementinin azlığı, azot, natrium elementlərinin artıqlığı aşkar edilmişdir. Digər elementlərin miqdarı isə Günəşdə olan miqdara yaxındır.

Qeyd edək ki, seminarın ZOOM proqramı vasitəsilə onlayn rejimində keçirilməsi nəzərdə tutulur. Seminara qoşulmaq üçün aşağıdakı elektron keçid yaxud id-paroldan istifadə edə bilərsiniz: 

Zoom link: https://us05web.zoom.us/j/84228008327?pwd=TlF3Vm55azljaDhxS0JoRnc5aTFCQT09
İdentifikasiya nömrəsi: 842 2800 8327
Şifrə: rBX8cX

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.