15.11.2021 Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək

18 noyabr 2021-ci il tarixində saat 11:00-da  AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcəkdir.

 

 

Gündəlikdəki məsələlər:

 

1. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 2021-2025-ci illər üçün təsdiq edilmiş elmi -tədqiqat mövzuları üzrə hesabatların dinlənilməsi:

 - Mövzu 5:  Günəş və geomaqnit fəallığın variasiyalarının öyrənilməsi və onların geosferə potensial təsirləri (AMEA-nın müxbir üzvü, f.-r.e.d., Namiq Cəlilov);

 - Mövzu 7: Asteroid və planetlərin atmosferlərinin  fi­ziki xüsusiy­yət­lərinin öyrənilməsi, onların  disklərində baş verən  dinamik proseslərin riyazi modelləşdirilməsi (f.-r.ü.f.d., dos., Ədalət Ətayi);

 - Mövzu 8: Müxtəlif ekstremal şəraitlərdə astrofiziki proseslərin tədqiqi (f.-r.ü.f.d., dos., Bala Əli Rəcəbov).

2. Cari məsələlər.

 

İclas "Zoom" platforması üzərindən onlayn şəkildə təşkil ediləcək.

Zoom linki:
https://us05web.zoom.us/j/86916749493?pwd=RGROYitJV09NYTJML2NYcHhjWmh0UT09

İdentifikasiya kodu: 869 1674 9493
Şifrə: 8zXija
 

Qeyd: Mövzu rəhbərlərinin, şöbə müdirlərinin və aidiyyati şəxslərin iştirakı vacibdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.