25.10.2021 Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək

27 oktyabr 2021-ci il tarixində saat 12:00-da  AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcəkdir.

İclas "Zoom" platforması üzərindən onlayn şəkildə təşkil ediləcək.

 

Gündəlikdəki məsələlər:

1. 2021-ci ildə AMEA ŞAR-da aparılan elmi- tədqiqat mövzularının illik hesabatı barədə (müxbir üzv Namiq Cəlilov);

2. Azərbaycan Astronomiya Jurnalının Redaksiya heyətinin tərkibindəki dəyişikliklər barədə (müxbir üzv Namiq Cəlilov);

3. AMEA ŞAR-da 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul planı barədə (Təhsil şöbəsinin müdiri Paşa Əhmədov);

4. ŞAR əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi barədə (prof., Nəriman İsmayılov);

5. Cari məsələlər.

Qeyd: Mövzu rəhbərlərinin, şöbə müdirlərinin və aidiyyati şəxslərin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.