14.10.2021 Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçiriləcək

20 oktyabr 2021-ci il tarixində saat 11:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti "Astroseminar" yığıncağı keçiriləcək.
Seminarda iki mövzu üzrə məruzə edilməsi nəzərdə tutulub: "Maye yaxınlaşmasında anizotrop kosmik plazma nəzəriyyəsinin bəzi problemlərinin həllində qeyri klassik riyazi metodun tətbiqi" (f.r.e.d, müxbir üzv Namiq Cəlilov, f.r.ü.f.d, dosent Məhəmməd Nurməmmədov), "Yupiterdə Böyük Qırmızı Ləkənin dinamik dayanıqlığında tsiklon, anti siklon, sirkulyasiya və fırlanma təsir faktorlarının tədqiqi" (f.r.ü.f.d, dosent Ədalət Ətayif.r.ü.f.d, dosent Məhəmməd Nurməmmədov).
Qeyd edək ki, seminarın ZOOM proqramı vasitəsilə onlayn rejimində keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.