Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
07.11.2023 10:11 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı artmışdır, maksimal sinifli alışma 3480 oblastındakı M1.8 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində II tip radioemissiya, 10 sm dalğa uzunluğunda radioalışmalar, həmçinin  qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artmışdır, 5 ləkə qrupunda 67 ləkə, o cümlədən geoeffektiv Tac dəliyi  müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli 9842 pfu-ya kimi yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 611 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti  Yer orbitində 44 nT, radial istiqamətdə isə  -26  nT-dək artmışdır. Hal-hazırda Günəş küləyinin sürəti 493 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.83 nT, radial istiqamətdə isə  2.33 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsinin aktivliyi 4 noyabrdan başlayaraq artmış və G3 (güclü) səviyyəli geomaqnit qasırğasına kimi yüksəlmişdir. Bu cür geomaqnit qasırğası elektrik şəbəkələrində induksiya cərəyanı, küy siqnalları, gərginlik sıçrayışları, peyklərdə səth yüklənməsi, oriyentasiya problemləri yaradır, Yuxarı enliklərdə yüksək tezlikli radiosiqnallarda fasilələrə, naviqasiyada xətanın artmasına  səbəb olur. Son geomaqnit qasırğasında 44⁰ enliklərə kimi fotokamera vasitəsilə avroraları qeyd etmək mümkün olmuşdur. Hal-hazırda kosmik hava qeyri-sabitdir və G2 (orta) səviyyəli qasırğa gözlənilir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (07-13 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 80%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində  qalması gözlənilir.

Ardıcıl Yerə istiqamətlənmiş TKA-nın və Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri nəticəsində Günəş küləyinin sürətini 08-09 noyabradək  saxlayacağı proqnozlaşdırılır.

Geomaqnit sahəsinin  TKA və Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin  təsiri ilə gün ərzində  G2 (orta) səviyyəli qasırğa gözlənilir. Geomaqnit sahəsinin 08-09 noyabr tarixlərində də fəallığını saxlayacağı və daha sonra normala dönməsi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025