Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında 8 noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında 8 noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
07.11.2023 09:11 / TƏDBİRLƏR Şamaxı Astrofizika Rəsədxanasında 8 noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

6 noyabr 2023-cü il tarixində N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 8 noyabr - Zəfər Gününə həsr olunmuş "Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir" adlı tədbir keçirilib.  Şamaxı Rayon İcra Hakimiyyəti və Şamaxı Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin nümayəndəsi Gülnisə Ələkbərova, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı filialının direktoru Tünzalə Yusifova, Şamaxı Astrofizika Rəsədxanasının Elmi əlaqələr və təşkilati məsələlər şöbəsinin müdiri, ehtiyatda olan zabit, müharibə veteranı Kamal Hüseynov, gənc alimlər, əsgərlər və şəhid ailəsi iştirak edib.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunub.
Rəsədxananın konfrans zalında keçirilən toplantıda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib sonra isə Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə dünya birliyinin laqeyd qaldığı tarixi ədalətin bərqərar olması uğrunda ordumuzun göstərdiyi qəhrəmanlığı vurğulayaraq Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində öz haqlı mövqeyimizi ortaya qoyduğumuzu qeyd edib.
Digər çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin düşünülmüş, uzaqgörən siyasi qərarları sayəsində bu gün öz torpaqlarımızı işğaldan azad edəcək gücə sahib olduğumuzu və suverenliyimizi bərpa etməyimizi qeyd ediblər. Həmçinin elmin hər zaman cəmiyyətin aparıcı qüvvəsi və qələbəmizdə müstəsna rolu olduğu, Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin və ailələrinin daimi diqqətdə saxlanıldığını, bu gün işğaldan azad olunmuş torpaqlarımızda görülən yenidənqurma işləri, bu qələbənin Azərbaycan gəncliyinin Zəfəri hesab edildiyi və nəhayət bu gün tarixi Zəfərimizin Ümummilli Lider Heydər Əliyevin siyasətinin təntənəsi olduğu barədə söz açıblar.
Daha sonra Zəfər Salnaməmizdən bəhs edən video-çarx izlənilib.
Tədbirin sonunda Vətən Müharibəsi şəhidi Quliyev Rəcəb Elşən oğlunun valideyninə çıxış üçün söz verilib və xatirə hədiyyəsi təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025