Ekskursiyalar Saytın xəritəsi
AZEN
Lusi kosmik gəmisi Dinkineş asteroidinin qoşa olduğunu kəşf edib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Lusi kosmik gəmisi Dinkineş asteroidinin qoşa olduğunu kəşf edib
04.11.2023 11:11 / ASTRO XƏBƏRLƏR Lusi kosmik gəmisi Dinkineş asteroidinin qoşa olduğunu kəşf edib

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Lusi (Lucy) kosmik gəmisi sınaq çəkilişi edərkən Dinkineş asteroidinin yaxınlığında daha bir kiçik asteroid qeydə alıb.

Kolorado ştatı San-Antonioda yerləşən Cənub-Qərb Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Hal Levisonun sözlərinə görə Amhar dilindən tərcümədə “Möcüzəvi” mənasını verən Dinkineş astreoidi ona verilmiş adı doğrultdu. Lusinin uçuş traektoriyası planlaşdırılan zaman onun Dinkineş də daxil olmaqla 7 asteroidin yaxınlığından ötüb keçməsi nəzərdə tutulmuşdu. Sonradan isə bu sayı 11-ə kimi artırılıb.

Kosmik gəminin Dinkineş ilə qarşılaşmasından bir neçə həftə əvvəl tədqiqat qrupu asteroidin parlaqlığının zamandan asılı olaraq dəyişdiyini qeyd etmişdi və Dinkineşin qoşa sistem ola biləcəyi ehtimalı yaranmışdı. Qarşılaşmanın ilk görüntüləri bütün şübhələri aradan qaldırdı. Belə ki, alınmış şəkillərdən Dinkineş və peykinin sıx qoşa sistem olduğu görünür. İlkin təhlillərdən sonra tədqiqat qrupu hesab edir ki, böyük asteroidin ölçüsü ~790 m, kiçik asteroidin isə ~220 m-dir.

Bu qarşılaşma, ilk növbədə Lusinin 4,5 km/s sürətlə hərəkəti zamanı avtonom izləməyə imkan verən sisteminin sınağı idi və nəticələr müsbət oldu. Sınaq zamanı Lusinin terminal izləmə kamerası (T2CAM) tərəfindən qoşa asteroid cütünün şəkilləri 13 saniyə fərqlə alınmışdır. Şəkillərin kontrast və dəqiqliyini artırmaq üçün isə üzərində işlənmişdir. Ümumilikdə, bu qarşılaşma bir mühəndislik sınağı kimi həyata keçirilsə də, alimlər kiçik asteroidlərin təbiətini analiz etmək üçün məlumatları araşdırırlar.

Dinkineşin bütün məlumatlarının əldə olunması bir həftə çəkəcək ki, tədqiqat qrupu bu məlumatlar əsasında 2025-ci ildə Lusinin növbəti asteroidə yaxınlaşması zamanı daha yaxşı nəticə almasını təmin edəcək. Yupiterin Troyanlar qrupundan olan asteroidlərin izlənilməsi isə 2027-ci ilə planlaşdırılıb.

Planetlərin təkamül modelləri göstərir ki, Troyan asteroidləri xarici planetləri əmələ gətirən eyni ilkin materialın qalıqlarıdır və nəticə olaraq  4 milyard il əvvəlki Günəş sistemi haqqında məlumat daşıyır. Troyan asteroidlərinin səth tərkibi bir-birindən çox fərqlidir. Ehtimal olunur ki, bu müxtəliflik onların Günəş sisteminin müxtəlif yerlərində formalaşması və təkamül zamanı indiki orbitlərinə gətirilməsi ilə bağlıdır. Lusinin məqsədi də bu müxtəlifliyi araşdırmaqdır.

Qeyd edək ki, Lusi kiçik səma cisimlərinin tədqiq olunması üçün həyata keçirilən ilk missiyadır. 16 oktyabr 2021-ci ildə kosmosa buraxılan kosmik gəmi, noyabrın 1-də missiya çərçivəsində ilk asteroidə yaxınlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025