Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
24.10.2023 10:10 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı kifayət qədər zəifləmişdir. Günəş ləkələrinin sayı azalaraq 2 ləkə qrupunda 25 ləkə müşahidə olunur. Helioseysmoloji müşahidə və araşdırmalar zamanı Günəşin görünməyən üzündə ləkə aşkarlanmamışdır. Maksimal sinifli alışma isə C9.6 sinifli alışma olmuşdur.  Yerə qismən istiqamətlənmiş bir neçə Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır.  Günəşin səthində geoeffektiv Tac dəlikləri müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 183 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur. 

Hesabat dövründə Günəş küləyinin sürəti azalaraq, maksimal sürət 473 km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin  maksimal göstəricisi Yer orbitində 34 nT, radial istiqamətdə isə -10 nT-ə kimi yüksəlmişdir. Hal-hazırda Günəş küləyinin sürəti 385 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti  5.48 nT, radial istiqamətdə isə -1.37 nT təşkil edir. 

Hesabat dövrü ərzində geomaqnit sahəsi qeyri-sabit və  aktiv səviyyələrdə olmuşdur. 21 oktyabrda geomaqnit sahəsinin fəallığı qısa müddətdə G1 səviyyəsinə yüksəlmişdir. Hal-hazırda geomaqnit sahəsi sakitdir. (Kp=0.33) 

Kosmik hava proqnozu – Proqnoz günlərində (24 - 30 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 20%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir. 

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinə növbəti bir neçə gündə mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri gözlənilir. 

Geomaqnit sahəsinin mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 25 oktyabradək qeyri-sabit və aktiv səviyyələrdə olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025