Ekskursiyalar Saytın xəritəsi
AZEN
"Araba təkəri" qalaktikası - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
"Araba təkəri" qalaktikası
31.01.2018 14:01 / MARAQLI MƏLUMATLAR "Araba təkəri" qalaktikası

ESO 350-40 və ya “Araba təkəri” adı ilə məşhur olan qalaktika 1941-ci ildə Frits Svikki (Fritz Zwicky) tərəfindən kəşf olunub.

Frits Svikki morfolojist qalaktikanın mürəkkəb quruluşunu təhlil edərək qeyd etmişdir ki, onun izahını daha güclü alətlərin müşahidələri və ulduz dinamikası əsasında vermək olacaq.

Qeyd edək ki, ESO 350-40 linzavari və halqavari qalaktikadır. Günəş sistemindən 500 mln işıq ili və ya 153 mln Ps məsafədə (4.72 * 1021km) yerləşir. Onun ölçüsü 150 000 işıq ili və ya 46 kps (1.42 * 1018 km) olub, kütləsi (təxminən 2.9-4.8×109) Günəş kütləsinə yaxındır.

Müqayisə üçün deyək ki, Bizim Qalaktikanın ölçüsü 100 000 işıq ili, kütləsi 4,8·1011 Günəş kütləsi qədərdir. 

ESO 350-40 əvvəllər bizim Süd Yoluna bənzər adi spiral qalaktikası olub. Təxminən 200 mln il əvvəl peyki olan başqa bir qalaktika ilə toqquşur və nəticədə hövzəyə atılan daşa bənzər güclü zərbə dalğası yaradır. Böyük sürətlə (təqribən 320000 km/saat), hərəkət edən dalğa küllü miqdarda qaz və toz materialını qalaktikanın mər­­kə­­zindən qırağa qaldırır və orada sayca çox olan təzə ulduzların yaranmasına gətirib çıxarır. Beləliklə də, bu halqada bir neçə milyard təzə ulduz yaranır.

Sözü gedən toqquşmadan sonra təkər formasını alan ESO 350-40 qalaktikasında hal-hazırda  axan dinamik prosesslər obyektin spiral qalaktikalar təsnifatına uyğun hərəkətini göstərir. 

Qalaktikada təkərə bənzər dəndələr müşahidə olunur. Maraqlıdır ki, vizual oblastdakı dəndələr radio diapazondakı qeyri-termal mənbəli dəndələrlə üst-üstə düşmürlər.

Aşağıda göstərilən şəkildə https://apod.nasa.gov/apod/ap970224.html vizual təsvir ilə neytral hidrogenin radio müşa­hidə­lə­rinin nəticəsi (yaşıl konturlar) üst-üstə qoyulub. Burada Araba təkəri solda yerləşir və sağda-şəkilin ən qırağında təsvir olunan toqquşmaya səbəb kiçik ölçülü qalaktikadır.

Hal hazırda onların arasında 250 min işıq ili məsafə mövcuddur. Bu iki qalaktika ara­sında uzanan  hidrogen şleyfi həmin iddianı təsdiqləyir. Amma o kiçik ölçülü qalak­­tikanın tərkibində qaz və toz müşahidə olunmur. Alimlər belə qərara gəlib ki, o, ana qalaktikanın daxilindən keçərkən orada qazla tozu itirib.

Bu obyekt bizdə ona görə maraq doğurur ki, bəzi modellərə görə Bizim Qalaktikanın peykləri olan Böyük və Kiçik Magellan Buludları  təqribən 3-4 mld ildən sonra Süd Yolu ilə toqquşacaq.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir. 

 

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025