Ekskursiyalar Saytın xəritəsi
AZEN
Elm və təhsilin inteqrasiyasiyasına həsr olunmuş tədbir keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Elm və təhsilin inteqrasiyasiyasına həsr olunmuş tədbir keçirilib
23.10.2023 15:10 / TƏDBİRLƏR Elm və təhsilin inteqrasiyasiyasına həsr olunmuş tədbir keçirilib

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə "Orta ümumtəhsil məktəblərində elm və təhsilin inteqrasiyası, şagirdlərin ölkədaxili və beynəlxalq layihələrdə iştirakı" mövzusunda tədbir keçirilib. Tədbirdə 20 nömrəli məktəb liseyin rəhbərliyi və müəllim heyəti ilə yanaşı, Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR), Biofizika İnstitutu, H.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutu və İ.Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları da iştirak edib.

Təşəbbüsün məqsədi məktəblilər arasında elmin təbliği, şagirdlərin elmə təşviqi, onların müxtəlif yerli və beynəlxalq layihələrdə iştirakı üçün hazırlanmasında birgə fəalliyyətin təşkilidir.

Tədbiri 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva açaraq iştirakçıları salamlayıb və şagirdlərin elmi istiqamətdə inkişaf etməsində bu kimi tədbirlərin rolunu yüksək qiymətləndirib. O bildirib ki, elm və təhsilin inteqrasiyası birbaşa müasir zamanın tələbidir. Dəyişən dünyanın yeni çağırışlarına uyğun olaraq inkişafı şərtləndirən başlıca amil məhz birgə koordinasiyalı fəaliyyətin qurulmasıdır. Buna misal olaraq, ŞAR ilə 20 nömrəli məktəb lisey arasındakı əməkdaşlıq çərçivəsində xüsusi hazırlıq keçmiş şagirdlərin müxtəlif layihə və yarışlarda əldə etdiyi nailiyyətləri qeyd edən E.Ağayeva, fundamental elmin bütün sahələri üzrə anoloji əməkdaşlıqların qurulmasısının elmi tərəqqiyə rəvac verəcəyini bildirib.

Açılış mərasimindən sonra isə elmi sessiya elmi-populyar çıxışlar fonunda öz işinə başlayıb. Elmi sessiyada ŞAR-ın əməkdaşı astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Aynurə Həsənova, ŞAR GAMŞ-ın sədr müavini Samirə Rəhimli, Ədəbiyyat İnstitutundan AMEA GAMŞ-ın sədr müavini filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva, Biofizika İnstitutu GAMŞ-ın sədri Mətanət Baxışova, Coğrafiya İnstitutu GAMŞ-ın sədr müavini, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Abuşova, Dilçilik İnstitutu GAMŞ-ın sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Orucova müvafiq olaraq, “Orta təhsil müəssələrində beynəlxalq və yerli qrant layihələri”, “Təhsil verənlər üçün beynəlxalq təcrübə və bilik mübadiləsi imkanları”, “Astronomiyanın prioritet tədqiqat sahələri, məktəblilər üçün astronomiya”, “Təhsil və ədəbiyyat”, “Sağlam və xərçəng hüceyrə membranları arasındakı fərqlər”, “Qarabağda ərazinin istifadəsində relyefin təsirinin tədqiqi”, “Dünya dillərində müşahidə olunan proseslər” mövzuları üzrə məruzə ilə çıxış ediblər.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda "Gələcəyin alimi" layihəsi üçün maraq dairələrinə uyğun olunaraq məktəblilərdən ibarət bir neçə qrup formalaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025