Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana Beynəlxalq Astronavtika Konqresi çərçivəsində beynəlxalq əlaqələrini genişləndirir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana Beynəlxalq Astronavtika Konqresi çərçivəsində beynəlxalq əlaqələrini genişləndirir
09.10.2023 12:10 / MÜHÜM HADİSƏLƏR Rəsədxana Beynəlxalq Astronavtika Konqresi çərçivəsində beynəlxalq əlaqələrini genişləndirir

02-06 oktyabr 2023-cü il tarixlərində Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Kongresi öz işini uğurla başa vurub. Müxtəlif ölkələrdən 4000-dən çox iştirakçının qoşulduğu tədbirdə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) alimləri də iştirak edib və konqresdə 2 elmi məruzə ilə təmsil olunublar. Məruzələrdən biri texniki (f.r.ü.f.d., dosent F.İsmayılov, f.r.e.d, müxbir üzv N.Cəlilov), digəri isə (f.r.e.d., prof. N.İsmayılov və b.) elmi sessiyada dinlənilib.

“Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda keçirilən beynəlxalq konqresdə tədbir iştirakçıları ilə qlobal tendensiyalar, astronomiya sahəsində tərəfdaşlıq və əməkdaşlıq yolları müzakirə edilib. Belə ki, Qazaxıstanın Alma-Ata Dövlət Universitetindən olan alimlər Rəsədxana ilə birgə elmi tədqiqatların aparılması təşəbbüsü ilə ŞAR-ın  şəhər bölməsində qonaq olub. Burada təşkil olunmuş elmi seminarda fizika və astronomiya üzrə fəlsəfə doktoru Gülnur Subebekova çıxış edərək astronomik materialların yeni üsulla emalı barədə məlumat verib. Maraqla qarşılanan çıxışın yekununda birgə əməkdaşlığın aspektləri müzakirə olunub.

Bundan başqa rəsədxana ilə əməkdaşlıqda maraqlı olan konfrans iştirakçılarının Şamaxı Astrofizika Rəsədxanasına (Pirqulu) səfəri təşkil olunub. Səfər zamanı Qazaxıstanın Fesenkov adına Astronomiya institutunun direktoru Çingiz Ömərovun rəhbərliyi ilə qazaxıstanlı astronomlar, o cümlədən Polşadan astronomik cihazlar üzrə çalışan Yaroslav Malinovski rəsədxananın infrasturukturu ilə tanış edilib. Qonaqlara ŞAR-da aparılan elmi tədqiqat işləri, beynəlxalq qrantlar çərçivəsində görülən işlər haqqında geniş məlumat verilib və Astrofizika və Kosmologiyanın qarşılıqlı maraq doğuran sahələləri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Səmərəli keçən səfərin yekununda Fesenkov adına Astronomiya institutu ilə Şamaxı Astrofizika Rəsədxanası arasında əməkdaşlığın rəsmiləşdirilməsi, əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin həyata keçirilməsi üçün qarşılıqlı elmi ezamiyyətlərin təşkili və birgə elmi tədqiqatların aparılması üzrə ilkin razılıq əldə edilib. Həmçinin Türkdilli Dövlətlərin birgə Astronomiya Cəmiyyətinin təsis edilməsi ilə bağlı danışıqlar aparılıb və bu istiqamətdə birgə işlərə başlanması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025