Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib
24.01.2018 11:01 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

Yanvarın 24-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində növbəti astroseminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov seminar haqqında məlumat verib.

Sonra rəsədxananın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri”şöbəsinin kiçik elmi işçisi Səbahəddin Alışov “DN Tau ulduzunun işıq əyrisinin təhlili” (N.Z.İsmayılov, S.Ə.Alışov) mövzusunda məruzəsini təqdim edib.

Məruzəçi qeyd edib ki, işdə klassik T Buğa tipli DN Tau ulduzunun Şamaxı Astrofizika Rəsədxanasında aparılmış fotometrik müşahidələrinin nəticələri ilə yanaşı, beynəlxalq arxivlərdən istifadə edərək 50 illik fotometrik müşahidə materialı təhlil olunub: “Qurulmuş ümumi işıq əyrisinə görə göstərilib ki, müxtəlif sezonlarda dəyişmənin amplitudu 0.5 mag təşkil edir. Müxtəlif rənglərdə qurulan parlaqlığın paylanma diaqramları göstərir ki, U və B süzgəclərində tez-tez alışmalar baş verir. Bəzi hallarda bu cür alışmaların amplitudu çox qısa müddətdə 2 mag-a çata bilir. Qırmızı diapazonda isə ulduzun parlaqlığı az dəyişir”.

S.Alışov bildirib ki, müxtəlif sezonlar üçün əvvəl tapılmış 6 günlük periodun stabilliyi araşdırılıb, periodun yeni-daha dəqiqləşdirilmış qiyməti təyin olunub: ”Göstərilib ki, müxtəlif sezonlar üçün periodun qiyməti sabit qalsa da faza sürüşməsi baş verir. Bu da ulduz səthində ləkələrin miqrasiyası ilə izah edilə bilər”.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025