Ekskursiyalar Saytın xəritəsi
AZEN
İlkin Kainatla müqayisədə zaman axını sürətlənib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
İlkin Kainatla müqayisədə zaman axını sürətlənib
14.07.2023 15:07 / ASTRO XƏBƏRLƏR İlkin Kainatla müqayisədə zaman axını sürətlənib

Avstraliyanın Sidney və Oklend Universitetinin astrofizikləri 200-ə yaxın kvazarı araşdıraraq zamanın ilkin Kainatda 5 dəfə yavaş axdığı qərarına gəliblər.

Eynşteynin Ümumi nisbilik nəzəriyyəsinə əsasən, biz çox uzaq və keçmişdə qalmış Kainatın daha yavaş hərəkət etdiyini görməliyik. Kainatın genişlənmə sürəti zamanın axışında onun ləngiməsi ilə əks olunur. Bu qədər keçmişə birbaşa baxmaq mümkün olmasa da, alimlər zamanın axışını izləmək üçün kvazarlardan “saat” kimi istifadə edərək bu nəzəriyyəni təsdiq ediblər.

Kvazarlar ilk qalaktikaların mərkəzində fəal superkütləli qara dəliklərin maddə akkresiyası nəticəsində ayrı-ayrı ulduzlardan milyonlarla dəfə daha parlaq parlayan obyektlərdir. Tədqiqatçılar iyirmi il ərzində astronomik müşahidələr zamanı toplanmış, yaşı 2.47-12.17 milyard il olan 190 kvazar üçün müşahidə məlumatlarını tədqiq edib. Tədqiqat qrupu hər bir kvazarı müxtəlif diapazonda araşdıraraq bütün kvazarlar üçün zamanın axışını standartlaşdırmağa nail olub. Nəticədə alınıb ki, Kainatın genişlənməsinin sürətlənməsinə görə biz uzaqda olan kvazarların davranışındakı dəyişikliklərin, bizə yaxın olanlardan daha yavaş  baş verdiyini görürük.

Sidney Universitetinin professoru Gerant Lyuisin (Geraint Lewis ) sözlərinə görə, Kainatın yaşının bir milyard ildən bir qədər artıq olduğu bir dövrə nəzər salsaq, zamanın beş dəfə daha yavaş axdığını görürük. Əgər siz bu körpə Kainatda olsaydınız, 1 saniyə 1  saniyə kimi görünərdi, amma bizim mövqeyimizdən baxanda - 12 milyard ildən çox yaşı olan gələcəkdə, bu vaxt uzanır.

Kainatdakı məkan və zaman ayrılmaz şəkildə bağlıdır. Kosmosun genişlənməsi səbəbindən uzaqdan gələn işıq da “dartılır” və məsafə artdıqca qırmızı dalğa uzunluğuna doğru sürüşür. Bu hadisə Dopler effekti adlanır.  Nəticədə obyekt bizdən nə qədər uzaqlaşırsa, hadisələri bir o qədər ləngiyən  zaman axınında müşahidə edirik.

Kvazarların tədqiqatının nəticələri göstərir ki, erkən kainatın bu parlaq obyektləri Böyük Partlayışdan (Böyük Partlayış 13.8 mlrd il əvvəl baş verib) sonrakı ilk milyard ili qiymətləndirmək üçün standartlaşdırılmış “saat” roluna uyğun gəlir.

Qeyd edək ki, tədqiqat işi bağlı elmi məqalə “Nature Astronomy” jurnalında dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025