Kassini-Hüygens(Cassini-Huygens) - Planetlərarası Avtomatik Stansiya müştərək olaraq NASA, Avropa Kosmik Agentliyi və İtaliya Kosmik Agentliyi tərəfindən yaradılıb.
Layihədə 17 ölkə iştirak edir və layihənin ümumi xərci 3,26 mld dollardır. Stansiyanın yaradılmasında əsas məqsəd Saturn planeti, onun halqaları və peyklərinin öyrənilməsi idi. İki hissədən ibarət olan bu kompleksin (Kassini Orbital Stansiyası və Titana endirilən Hüygens Avtomatik Stansiya) adı iki məşhur alimin şərəfinə qoyulub:
Jovani Domeniko Kassini (Giovanni Domenico Cassin) İtalyan və Fransız astronomu 1675-ci ildə Saturnun halqalarında yarığı (Kassini yarığı) kəşf edib.
Xristian Hüygens (Christiaan Huygens) Niderland astronomu, riyyaziyatçı və mexanikdir. 1655-ci ildə Saturnun Titan peykini kəşf edib və Saturnun halqlarını təsvir edib.
Kassini-Hüygens 15 oktyabr 1997-ci ildə Floridanın (ABŞ) Kanaveral burnundan (Cape Canaveral) start verib. 2008-ci ilə qədər planlaşdırılan layihə sonradan 2017-ci ilə qədər uzadılıb.
http://www.esa.int saytının verdiyi məlumata görə, stansiyanın Saturna səyahəti bir neçə mərhələdən keçib. O, iki dəfə Veneranın yanından keçərək sürətləndirilib. Sonra Yerin yanından keçdikdə bizim planet onu öz gravitasiya sahəsi ilə sürətləndirib. 2000-ci ilin dekabrın 30-da həmin manevr Yupiterin yanından keçəndə həyata keçirilib.
1 iyul 2004-cü ildə tormozlama nəticəsində o, Saturnun Titan peykinin orbitinə çıxır. 25 dekabr 2004-cü ildə Hüygens bloku stansiyadan ayrılır və 2005-ci il yanvarın 14-ü Titan planetinin atmosferinə daxil olub planetin səthinə oturur.
Titanın atmosferində eniş 2 saat 27 dəqiqə çəkib. Sonra 72 dəqiqə ərzində o, Kassiniyə bütün ölçü parametrləri haqqında məlumat ötürüb. Kassini burada retranslyator rolunu oynayırdı. Retranslyasiya seansı Kassininin üfüqdə batması ilə sona yetib.
Kassini missiyası və Hüygensin eksperimenti Titanın sıx atmosferini aşkar edib.
Məlum olub ki, atmosferin 95%-i azotdan və qalanı metan, arqon və s. ibarətdir. Titan atmosferinin qalınlığı 400 km-dir və onun səthində təzyiq Yer səthi ilə müqayisədə 1.5 dəfə çoxdur. Titanın səthi qalın narıncı buludlarla örtülüdür. Temperatur təqribən -170°C-dir.
Hüygens missiyasının mühüm kəşfləri bunlardı:
1) Atmosferdə aparılan ölçülər nəticəsində atmosferin temperatur profili qurulub. 120 km yüksəliyində 430 km/saatda qərbi küləklər əsır, 60 km yüksəlikdə aparat güclü turbulensiya zonasına düşüb. Bundan sonra aşağı endikcə küləyin sürəti azalır. 7 km yüksəkliyindən sürət istiqamətini dəyişir və 1-3.5 km/s radələrində dəyişir. Aparat ilkin nəzərdə tutulmuş nöqtədən 165,8 km qırağa aparılır.
2) Ölçülər göstərir ki, 40 km-dən yüksəliyə atmosferin əsasını azot təşkil edir. Metanın mövcudluğu çox cüzidi. Aşağı endikdə azotun kosentrasiyası artır və 7 km-dən aşağı 5% qədər artır. Alimlər Günəş radiasiyasının milyon illərlə metanın molekullarını dağıtmasını nəzərə alaraq, Titanda kriovulkanların mövcud olmasını bəyan edib.
3) Aparat atmosferdə arqon - 36 və 38 və həmçinin kripton və ksenon mövcudluğunu aşkar edib. Arqon - 36/azot nisbəti milyon dəfə Günəş atmosferindən az olduğuna görə onu göstərir ki, azot atmosferin tərkibinə Günəş sisteminin formalaşdığı vaxtda daxil olmayıb. O, başqa yollarla azot tərkibli maddələrlə daxil olub.
4) Titanın atmosferində radioaktiv yarıdağılma periodu 1.3 mln il olan arqon - 40 qatlığı 0.05% olması da planetdə kriovulkanın mövcudluğunu göstərir.
5) Titanda qəhvəyi tüstücüyün olması metan və hidrogenin sisanid tərkibli aerozolların mövcudluğu ilə izah olunur. Altı və səkkiz km yüksəkliyində metan buludları mövcuddur.
6) 130-35 və 25-20 km-lik yüksəkliklərdə atmosfer aerozolundan götürülən nümunələrdən məlum olub ki, onların əsas tərkib hissəsi azot və karbondan ibarətdir.
7) Titanın səthindən 350 fotoşəkil əsasında bir neçə stereskopik təsvir alınıb. Burada vaxtı ilə gur axan qurumuş çayların məcrasının mövcudluğu aşkar olunub.
8) Alimləri Titanda şimşək hadisələrinin olması maraqlandırırdı. Aparatda ifrat alçaq tezliklərə qurulan qəbuledicilər Şuman Rezonansını təsdiq etmə məqsədilə qoyulub. Heç bir şimşək hadisəsi qeydə alınmadığına baxmayaraq 36 Hz tezliyində siqnal qeydə alınıb. Maksimumu 60 km olan 140-40 km ionosfer köçürən lay aşkar olunub.
9) Hüygensin gördüyü mənzərə Kassininin radarı tərəfindən qeydə alınmayıb. Titanın üz səthi radiodalğaları əks etdirmir. Əks olunan siqnal daha dərin laylardan gəlir. Onlar çirklənmiş buzdan ibarətdir və bu effekt “xəyali qum təpəsi” adlandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.