Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) AMEA Prezidentinin 12 may 2023-cü il tarixli 91 №-li “AMEA-nın magistrantları üçün yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən magistrantların 2022/2023-cü tədris ili üzrə yay imtahan sessiyası keçirilir.
Rəsədxanada “Astrofizika” ixtisası üzrə I kursda təhsil alan 3 magistrant "Ulduz fizikası", "Günəş fizikası", "Praktiki astrofizika və astronomik cihazqayırma" fənləri üzrə sessiya imtahanlarında iştirak edib.
Qeyd edək ki, yay imtahan sessiyası iyul ayının 5-dək davam edəcək. Sessiya müddətində ŞAR magistrantlarının 4-ü ixtisas fənni olmaqla ümumilikdə 7 imtahan verməsi nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.