Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub, maksimum aktivlik 3336 oblastında M 2.52 (R1) sinifli alışma olmuşdur. Hesabat dövründə alışmalara bağlı olaraq II tip radioemissiya qeydə alınmışdır. Günəş ləkələri azalmış, 6 ləkə qrupu və 110 ləkə qeyd edilmişdir. 17 iyun Yerə qismən istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınmışdır. Günəşin səthində Tac dəlikləri müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli yüksəlmişdir (maks: 1619 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin sürəti 696 km/san-yə kimi, planetlərarası mühitdə maqnit sahəsi 20 nT, radial istiqamətdə isə -13 nT-yə kimi artmışdır. Hal-hazırda Günəş küləyinin sürəti normallaşaraq 394 km/san, planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 5 nT, radial istiqamətdə isə -1 nT təşkil edir.
Hesabat dövrü ərzində Yerə istiqamətlənmiş CME və Tac dəliyinin təsiri nəticəsində, 15-16 iyun tarixində G2 (orta) səviyyəli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=2.67).
Kosmik hava proqnozu – Proqnoz günlərində (19-26 iyun) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif isə 10% təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyələrə qalxacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin S1 səviyyəsinə qədər yüksələcəyi gözlənilir.
Günəş küləyinin sürətinin bir neçə CH HSS-in (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selin) təsiri ilə yenidən artacağı gözlənilir.
Geomaqnit sahəsinin də CH HSS-in təsiri ilə 22 iyun tarixinədək qeyri-sabit olacağı proqnozlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.