Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
01.06.2023 11:06 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Mayın 31-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi Günay Hacıyeva “HD 207260 (Iae) ulduzunda qeyri-stasionarlıq və kimyəvi tərkib” mövzusunda məruzə ilə çıxış edib.

Seminara təqdim olunan işdə HD 207260 (ν Cep (A2 Iae)) ifratnəhəng ulduzunun 2018-ci ildə Şamaxı Astrofizika Rəsədxanasının 2-m teleskopunda alınmış spektrləri əsasında Hα xəttinin profilinin dəyişməsi və spektral parametrləri tədqiq olunmuşdur. Məruzəçi bildirib ki, Hα xəttinin profillərinin öyrənilməsi nəticəsində aydın olmuşdur ki, bu xəttin profili PCyg tiplidir.  Aşkar edilmişdir ki, Hα xətti profilinin udulma və şüalanma komponentinin şüa sürəti, həmçinin udulma komponentinin ekvivalent eni sinxron dəyişir. Bu dəyişmə, təxminən 35-40 günlük kvazi-periodla baş verir. Ehtimal olunur ki, udulma və şüalanma komponentlərinin şüa sürətinin və ekvivalent eninin dəyişməsi ulduz atmosferinin döyünməsi nəticəsində ulduz atmosferi ilə ulduzətrafı örtüyün qarşılıqlı təsiri ilə baş verir.

Həmçinin Kuruçun atmosfer modelləri əsasında ν Cep (A2 Iae) ifratnəhəng ulduzunun 05.08.2019-cu ildə R=56000 spektral ayırdetmə ilə alınmış spektrləri əsasında atmosferin kimyəvi tərkibi tədqiq olunmuşdur. Aşkar edilmişdir ki, ulduzda karbon elementinin miqdarı Günəşdə olan miqdardan az, azot elementinin miqdarı çox, digər elementlərin miqdarı isə Günəşdə olan miqdara yaxındır. ν Cep ulduzu və Günəş eyni kimyəvi tərkibli maddədən yaranmışlar. Təkamül nəticəsində karbon və azot elementlərinin ilkin miqdarında dəyişkənlik olmuş, digər elementlərin miqdarı isə sabit qalmışdır. Müşahidədən alınmış bu nəticələr təkamül nəzəriyyəsinin müddəaları ilə üst-üstə düşür. Alınmış bu nəticədən ulduzun nəzəri modelinin qurulmasında istifadə edmək olar.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025