Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
30.05.2023 10:05 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu –  Hesabat dövrü ərzində Günəş aktivliyi orta səviyyədə olmuşdur, M sinif alışmalar üstünlük təşkil etmişdir.  Maksimum alışma 23 mayda baş vermiş M 3.08 sinifli alışma olmuşdur.  Hesabat dövrü əzrində alışmalara bağlı olaraq II tip və IV tip radioemissiya qeydə alınmışdır.  Günəş ləkələri artaraq 10 ləkə qrupu və 153 ləkə olmuşdur. Yerə istiqamətlənmiş bir neçə CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları)  qeydə alınmışdır. Həmçinin  Günəşin səthində  Tac dəliyi  müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli həftə ərzində yüksək səviyyədə (max: 4253 pfu),  10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 628 km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin qiyməti azalaraq hesabat dövrünün əvvəlində Yer orbitində 10 nT,  radial istiqamətdə isə  -7 nT olmuş, sonra isə bir qədər də azalmışdır. Hal-hazırda Günəş küləyinin sürəti normallaşaraq 376 km/san, planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 6.8 nT,  radial istiqamətdə isə 3.3 nT təşkil edir.

Hesabat dövründə bir neçə Yerə istiqamətlənmiş komponentə malik Tac Kütlə Atılmaları baş versə  də, Yerə çatana qədər zəifləmiş və geomaqnit qasırğası baş verməmişdir. Ancaq Yerin xarici radiasiya qurşağına təsir edərək enerjisi 2 MeV-dən böyük olan zərrəciklərin hesabat dövrü ərzində yüksək səviyyədə qalmasına səbəb olmuşdur.  Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=1).   

Kosmik hava proqnozu – Proqnoz günlərində (30 may - 04 iyun) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif isə 10% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin yenə də yüksək səviyyələrə qalxacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin yüksələrək S1 səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı var.

Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS  (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsinin CH HSS-in  təsiri ilə 31 may - 01 iyun tarixlərində aktiv olacağı,  01-04 iyun tarixlərində isə geomaqnit qasırğası (G1) gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025