Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana əməkdaşı Respublika elmi konfransında iştirak edib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana əməkdaşı Respublika elmi konfransında iştirak edib
26.05.2023 15:05 / KONFRANSLAR Rəsədxana əməkdaşı Respublika elmi konfransında iştirak edib

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin və Fizika Problemləri ETİ-nin təşkilatçılığı ilə keçirilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Fizika və Astronomiyanın Problemləri" adlı magistrantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransı keçirilib.

Konfransda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işçisi Aysel Rüstəmova da iştirak edib. O, konfransda "CH Cyg simbiotik ulduzun spektrində udulma xətlərinin tədqiqi: 2019-2020-ci illər" mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə əsas məqsəd CH Cyg ulduzunun  spektrində  udulma  xətlərinin  şüa sürətlərini  ölçmək və nəticəni ulduzun parlaqlıq əyrisi ilə müqayisəli şəkildə təhlil etməkdir. Qeyd edilib ki, ilkin yanaşmada 2019-2020-ci illərdə alınmış spektrlər işlənib. Həmin spektrlərdə udulma xətlərinin şüa sürətləri ölçülüb, eyni zamanda həmin illərdə fotometrik dəyişməyə baxılıb. CH Cyg ulduzunun spektrlərinin alındığı periodda fotometrik verilənlər isə AAVSO məlumat bazasından götürülüb.

Natiq tədqiqat işinin nəticələrindən danışarkən bildirib ki, CH Cyg ulduzunun parlaqlığının dəyişməsində indiyə kimi müxtəlif periodlar  aşkar edilib. Ulduzun parlaqlığında 90 günlük  periodik  dəyişmələr müəyyən dövrlərdə yaranır və bu qırmızı nəhəngin pulsasiyası ilə izah olunur. Müxtəlif tədqiqatçılar tərəfindən ulduzun parlaqlığında təqribən 15.6 illik (5400, 5600, 5800, 5900 günlük) periodik dəyişmə qeydə alınmışdır. Ədəbiyyatda bu uzun period, hazırkı tədqiqat işinin çərçivəsində aşkar olunmuş 750 gün ətrafında period isə qısa period adlanır.

Müxtəlif elmi məruzələr fonunda davam edən konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025