Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana ilə 20 nömrəli məktəb-lisey arasında memorandum imzalanıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana ilə 20 nömrəli məktəb-lisey arasında memorandum imzalanıb
20.04.2023 10:04 / MÜHÜM HADİSƏLƏR Rəsədxana ilə 20 nömrəli məktəb-lisey arasında memorandum imzalanıb

Aprelin 19-da Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə Arif Hüseynzadə adına 20 nömrəli məktəb-lisey arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib. Tədbirdə 20 nömrəli məktəb-liseyin təcrübəli müəllim kollektivi və rəsədxananın nümayəndə heyəti də iştirak edib.

Memorandum çərçivəsində Astrofizika və Kosmologiyanın qarşılıqlı maraq doğuran sahələrində və innovasiya istiqamətində kadr hazırlığı, elmin təbliği və populyarlaşdırılması istiqamətində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulub.

Tədbirdə açılış nitqi çıxış edən 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva iştirakçıları salamlayaraq rəhbərlik etdiyi orta-ümumtəhsil məktəbinin fəaliyyətində elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, 20 nömrəli məktəb-liseyin nəzdində fəaliyyət göstərən Kiçik Akademiyadakı xüsusi istedadlı gənclərin çoxsaylı məktəbli ixtiraları bir çox yerli və beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülmüşdür.

Esmira Ağayeva onu da qeyd edib ki, məktəbin nəzdində həmçinin Astronomiya dərnəyi də təşkil olunmuşdur ki, şagirdlərin fizika və astronomiya ilə bağlı müsabiqələrdəki uğurunda həmin dərnəyin xüsusi rolu var. Şamaxı Astrofizika Rəsədxanası ilə bu istiqamətdə əməkdaşlığın rəsmiləşdirilməsi isə birgə uğurlara daha böyük töhfə verəcəkdir.

Sonra çıxış üçün söz Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilova verilib. Namiq Cəlilov da öz növbəsində birgə əməkdaşlığın əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Bildirib ki, elm təhsildən başlayır və öz sahəsində uğurlu fəaliyyəti ilə seçilən iki qurumun əməkdaşlığı çərçivəsində elm və təhsil arasında möhkəm sütunları olan körpü yaradılacağına inanır. Bu istiqamətdə indiyədək birgə görülmüş tədbirləri nümunə göstərən alim, çıxışının yekununda Astronomiyanın təbliği və təşviqinə göstərdiyi dəstəyə görə Esmira Ağayevaya "Təşəkkürnamə" təqdim edib.

Açılış nitqlərinin ardınca 20 nömrəli məktəb-liseyin infrastrukturu, fəaliyyəti və nailiyyətləri ilə bağlı video-çarx nümayiş etdirilib.

Daha sonra görüşdə gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə fəaliyyətin perspektivləri müzakirə olunub.

Sonda Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, müxbir üzv Namiq Cəlilov və 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva əməkdaşlıq haqqında memorandumu imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025