Kosmik hava durumu – Hesabat dövrü ərzində maksimum alışma 3256 (S22W74) oblastında baş vermiş X 1.27 sinifli alışma olmuşdur. Günəşin səthində ləkələrin sayı azalmışdır. Hal-hazırda 4 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 57-dir. Bu period ərzində 4 qismən Yerə istiqamətlənmiş və 1 aprel tarixində 1 birbaşa Yerə istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınmışdır. 27 mart tarixinədək müşahidə olunan böyük tac dəliyi artıq görünmür.
Enerjisi 2 MeV-dən çox olan elektron seli pik səviyyədə (max: 3867 pfu) olmuşdur, 10 MeV-dən çox enerjili proton seli bir qədər həyəcanlaşmışdır.
Hesabat dövründə Günəş küləyi 731 km/s-yə qədər sürətlənmişdir. Hal-hazırda isə Günəş küləyinin sürəti Yer orbitində 461.5 km/san-dir. Planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 5.9 nT, radial istiqamətdə isə 2.44 nT təşkil edir.
Geomaqnit sahənin aktivliyi artaraq 30-31 mart tarixlərində zəif (G1) geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda geomaqnit sahə sakitdir (2Kp).
Kosmik hava proqnozu – Proqnoz günlərində Günəş fəallığının stabil olacağı gözlənilir. C sinif alışmanın baş vermə ehtimalı 25%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1%, X (R3) sinif isə 1% təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin 3-5 aprel tarixlərində yüksək səviyyələrə çatacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 5 aprelə kimi fon səviyyəsində qalacağı gözlənilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1% təşkil edir.
Günəş küləyi sürətinin bir neçə mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən artacağı gözlənilir.
Geomaqnit sahəsinin 3-5 və 10-11 aprel tarixlərində aktiv olacağı gözlənilir. Növbəti həftə üçün maqnit qasırğası proqnozlaşdırılmır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.