Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxanada 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxanada 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib
31.03.2023 12:03 / MÜHÜM HADİSƏLƏR Rəsədxanada 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Şamaxı və Bakı bölmələrində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra isə ŞAR əməkdaşlarının soyqırımla bağlı çıxışları dinlənilib.

Tədbiri ŞAR-ın “Elmi əlaqələr və təşkilati məsələlər” şöbəsinin müdiri f.r.ü.f.d. Kamal Hüseynov açaraq 31 mart soyqırımının siyasi motivlərindən danışıb. O bildirib ki, bolşevik rejimi tərəfindən ermənilərin əli ilə törədilən bu soyqırım, 1918-ci ildə Azərbaycanda vüsət alan müstəqillik, azadlıq ideyalarını boğmaq məqsədi daşıyırdı. Qorxu psixologiyası ilə milli ruha zərbə vurmaq, milli oyanışın qarşısını almaq üçün Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın təşkilatçılığı ilə erməni silahlı dəstələri tərəfindən azərbaycanlıların xüsusi amansızlıqla qətlə yetirilməsi, evlərə, tikililərə od vurulması insanlıq ləkəsi kimi tarix səhifələrinə həkk olunmuşdur.

Sonra ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri f.r.ü.f.d., dosent Canməmməd Rüstəmov çıxış edib. Natiq öz çıxışnda soyqırımın dəhşətli statistik göstəricilərini sadalayıb. Qeyd edib ki, bu insanlıq faciəsində Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında yüzlərlə kənd tamamilə yandırılaraq, sakinləri qətlə yetirilmişdir. Bakıda 12 000, Şamaxıda 8 000, Qubada 6 000 olmaqla, ümumilikdə isə Qarabağda, Zəngəzurda, Naxçıvan və Lənkəranda törədilən qırğınlar nəticəsində 50 000-ə yaxın soydaşımız soyqırımın qurbanı olmuşdur. 

Daha sonra isə rəsədxananın “İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr” şöbəsinin müdiri Orxan Salehli çıxış edib. O da öz növbəsində mart soyqırımı haqqında dünya mediasında dərc olunan kitablardan, qəzet və jurnallardan, aparılan təbliğat kompaniyalarından və dünya ictimaiyyətinin bu hadisə ilə bağlı mövqeyindən danışıb. Müxtəlif müəlliflərin mart soyqırımı ilə bağlı qeydlərindən, həmçinin soyqırım təşkilatçılarının etiraflarından sitatlar gətirən Orxan Salehli, mart soyqırımına beynəlxalq arenada hüquqi qiymət verilməsi üçün soyqırım həqiqətlərinin təbliğatının vacibliyini vurğulayıb.

ŞAR-ın Şamaxı bölməsində isə rəsədxana kollektivi Şamaxı şəhərində yerləşən soyqırım abidənisi ziyarət edib. Rəsədxana rəhbərliyi və ŞAR struktur bölmələrinin əməkdaşları 31 mart soyqırımı qurbanlarının əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq abidənin önünə tər gül dəstələri qoyublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025