Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
29.03.2023 15:03 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

29 mart 2023-cü il tarixində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Nəriman İsmayılov “Herbiq Be tipli AS 310 ulduzunun fotometrik və spektral müşahidələri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda spesifik xassələrə malik HBe tipli AS 310 ulduzunun ŞAR-da yerinə yetirilmiş uzunmüddətli fotometrik və spektral müşahidələrinin nəticələrini şərh edib. O, bildirib ki, 2016-2021-ci illər ərzində BVRİ zolaqlarında ulduzun parlaqlığının və rənglərinin dəyişməsi təhlil edilmişdir. Göstərilmişdir ki, ulduzun parlaqlığının dəyişmə amplitudu ildən-ilə hamar şəkildə dəyişir və maksimuma 2018-ci ildə çatır. Amplitudun maksimal dəyişməsi ΔV~0.6 mag olmuşdur. İlk dəfə göstərilmişdir ki, ulduzun parlaqlığı azaldıqca rəngi qızarır, bu da parlaqlığın dəyişməsində tozun mühüm rol oynadığını göstərir. Statistik Furye analiz göstərmişdir ki, istər ayrı-ayrı illər ərzində alınan nəticələr üzrə, istərsə də bütün müşahidə massivi əsasında dəyişmələrin periodik komponenti aşkar edilmir.

Məruzədə ŞAR-ın MUAGS+Andor kompleksində alınmış spektral materialın işlənmə metodikası geniş şərh olunur. Kiçik ayırdetməli spektral müşahidələr əsasında hidrogenin Hα və Hβ xətlərində ensiz şüalanma komponenti aşkar edilmişdir. Şüalanma komponentləri zamana görə dəyişmələr göstərir. Bundan başqa spektrdə HeI 4026, 4387, 4417, 4922, 6678 Å, ulduzlararası mühit xətləri, [NII] λ6548 və 6584 Å şüalanma xətləri aşkar edilmişdir. Çox ehtimal ki, [NII] xətləri ulduzun yerləşdiyi əksetdirici dumanlıqda formalaşır.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025