Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
13.03.2023 12:03 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövründə Günəşin fəallığı zəifləmişdir, maksimum alışma C 7.1 sinifli alışma olmuşdur. Hal-hazırda Günəşin səthində 11 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 126-dır. Martın 12-də cənub-qərb hissədə (South 45 - West 73) protuberans püskürməsi nəticəsində atılan CME-nin (Caronal Mass Ejections – Tac Kütlə Atılmaları) martın 15-də Yerə təsiri gözlənilir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin pik həddi martın 10-u qeydə alınmışdır (1943 pfu). 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində olmuşdur.

Günəş küləyinin sürəti normallaşaraq 432 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi artaraq Yer orbitində 9 nT, radial istiqamətdə isə  -7 nT olmuşdur.

Geomaqnit sahə son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olmuşdur. Hal-hazırda isə Kp indeksi 1-ə bərabərdir, geomaqnit sahə sakitdir.

Kosmik hava proqnozu – Proqnoz həftəsində (13-19 mart) Günəş fəallığının zəif olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 90%, M sinif 10%, X sinif isə 1%  təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin sakit və həyacanlaşmış səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürəti martın 14-də CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə artacağı gözlənilir.

Proqnoz dövrü ərzində geomaqnit sahənin sakit-aktiv səviyyələrdə olacağı, 14 martda isə digər müsbət qütblü CH HSS səbəbilə bir qədər aktivləşəcəyi proqnozlaşdırılır. Martın 15-də  G1 səviyyəli geomaqnit qasırğası gözlənilir. Ayın 15-dən 19-dək isə geomaqnit sahənin sakit və stabil qalacağı proqnoz edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2023