Dekabrın 4-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının, Tusi-Bohm Planetarium və Astronomy Club-un birgə təşkilatçılığı ilə elmi-kütləvi seminar keçirilib.
Park Bulvar AVM-də yerləşən Tusi-Bohm Planetariumunda baş tutan tədbirdə ölkəmizdə səfərdə olan Rusiyanın Ka-Dar Rəsədxanasının elmi işlər üzrə rəhbəri Stanislav Korotkiy məruzə ilə çıxış edib. Məruzəçi tədbir iştirakçılarına Ka-Dar Rəsədxanasının astronomik nailiyyətləri barədə məlumat verib.
Seminarda universitet tələbələri və astronomiya klublarından olan 50-yə yaxın həvəskar astronom iştirak edib.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.